Su Çiçəyi

Su çiçəyi necə müalicə edilir?

26566 izlənmə

Paylaş

 

27

Hüseyn Məmmədov

Pediatriya

Paylaşılma tarixi

15 oktyabr 2012 19:45

Ümumiyyətlə, el arasında belə bir söz var ki, su çiçəyi xəstəliyinə tutulmuş insanlara su dəyməsin, suda yuyunmasınlar, çünki su çiçəyi sudan qorxur.  Bunun xalq arasında olan bir deyim olmasına baxmayaraq, əslində bir məntiqi əsası vardır. Çünki  su çiçəyi elə bir xəstəlikdir ki, onun səpkiləri qaşındığı, zədələndiyi zaman iz buraxa bilir. Və eyni zamanda içərisində olan su, pustulalar irinli pustulalar əmələ gətirir ki, bunlar partladığı zaman ətrafa daha tez  yayılır və daha çox qorxulu xarakter daşıyır. Və buna rəğmən çalışmaq lazımdır ki, su ilə, əl ilə kontaktla həmin səpkiləri zədələməmək və xəstəliyin yayılma ehtimalını azaltmaq ən uyğunudur. Müalicə əsnasında semptomatik müalicə gedir, yəni tempratur  varsa, tempratur salıcılardan istifadə edilir. Qaşıntısı varsa, müəyyən antialerjik dərmanlardan istifadə olunur. Əgər ağırlaşma fonları varsa, antibiotik terapiyə gedə bilir. Lakin bu ağırlaşmalar yoxdursa, el arasında su çiçəyi xəstəliyi yüngül xəstəlik sayılsa da, bildiyimiz kimi çox müxtəlif ağırlaşmalar verə bilir. Və belə xəstələrə çoxlu su içməyi tövsiyə etmək lazımdır. 

Etiketlər :