Mindmap (Beyin Xəritəsi)

Mindmap nədir?

1994 izlənmə

Paylaş

 

15

Nəcəf Allahverdiyev

Psixologiya

Paylaşılma tarixi

18 iyun 2012 02:13

Bugünkü dünyada informasiya həddən artıq çoxalıb. 20-30 il bundan qabaqkı informasiya mənbələrini, informasiya daşıyıcılarını bugünkü ilə müqayisə etdikdə, doğrudan da, həddən artıq böyük dəyişmələr göz qabağındadır. Bu gün hər bir insanın cibində və ya kompüterində informasiya daşıyıcısının yükü o qədər böyükdür ki, 20-30 il bundan qabaq tədqiqat institutlarında olan o dövrün ən böyük  kompüterlərinin yaddaşına baxsaq, bu otaqdan böyük bir yeri tuturdu və onun yaddaşında çox gülməli bir ədədlərlə rastlaşmış olacağıq ki, ədədi baxımdan o informasiya bu gün hər birimizin cibində daşıdığımız fləş kartlardakı informasiyadan çox azdır.

Günbəgün informasiya artır və biz artan informasiya ilə işləməli oluruq. Hər bir insan bu informasiyani alır, qavrayır və onu öz daxilində analiz etdikdən sonra ətraf mühitlə bu informasiya vasitəsilə rabitədə olur. İnformasiya artıqca bizim istifadə etdiyimiz üslublar artıq kifayət etmir. Biz informasiyanı bir-birimizə dil və söz vasitəsilə  ötürürük, son dövrlərdə video və digər informasiya ötürmə vasitələri var. Aldığımız informasiyanı analiz etməyə sanki nə vaxtımız, nə də gücümüz çatır. Beyin xəritəsi, düşüncə xəritəsi, Mindmap adlandırdığımız metodika Büzer qardaşları tərəfindən tapılmış və həyatda tətbiq olunmuş bir metodikadır ki, bir çoxlarımız özümüz də bilmədən bunu həyatımızda tətbiq edirik. Mindmap metodikasında  müəyyən incəliklər vardır ki, hətta bu metodikadan xəbəri olanlar da bu incəlikləri tam olaraq bilmir. Təəssüflər olsun ki, bir çox insanların bu metodikadan ümumiyyətlə heç xəbərləri yoxdur.

Etiketlər :