Autizm və nitq

Autizm nədir və digər xəstəliklərdən nə ilə fərqlənir?

3340 izlənmə

Paylaş

 

15

Esmira Kazımova

Defektoloq-loqoped

Paylaşılma tarixi

21 yanvar 2013 18:59

Autizm psixoloji pozuntudur və ilk dəfə elmə Beyler tərəfindən gətirilmişdir. Autizm sindromu uşaqlarda, ən çox oğlanlarda rast gəlinir. Yəni 4 autizmli uşaqdan 3-ü oğlandır. Autizm sindromunu uşaqların ilk çağlarında hiss etmək olur, zaman keçdikcə bu sindrom güclənir. Bunun üçün ilk hiss olunan vaxtlarda reabilitasiya işi başlanmalıdır. Autizm sindromunun digər xəstəliklərdən əsas fərqi stereotipləri olmasıdır. Bu sindromda ən böyük problem ünsiyyət, nitq qüsurudur. Autizm sindromlu uşaqlarda göz təması olmur, sanki kar kimidirlər. Dəfələrlə çağırılanda reaksiya vermirlər. Amma sevdiyi musiqi, reklam səsi, hansısa sevdiyi şirniyyatın kağızının səsi gəldikdə o an reaksiya verir. Bu xəstəliyin digər xəstəliklərdən fərqi autizm sindromlu uşaqlarda təsəvvürün olmamasıdır.

Etiketlər :