Göz quruluğu

Göz quruluğu nədir?

1715 izlənmə

Paylaş

 

14

Aytən Xudiyeva

Oftalmologiya

Paylaşılma tarixi

10 fevral 2013 13:10

Göz quruluğu zamanı xəstələr həkimə gözün qurumağından şikayət edirlər.Xəstələr gözün quruması, sulanması, diskomfort hissi, tez-tez göz qırpmadan şikayət edirlər. Bu, XXI əsrdə kompüter və texnikanın  geniş şəkildə inkişaf etməsi ilə bağlıdır. Kompüterlər də insanların gözlərinə zərər vurur. Ona görə də 6-8 saatlıq iş rejimi zamanı kompüter şüalarının insan gözünə təsiri artır və əlbəttə ki, göz yüklənir. Xüsusilə, normal halda bir dəqiqə ərzində 67-68 dəfə göz qırpmaları baş verir, amma kompüter ekranına baxarkən göz qırmalarının sayı azalır və bu da göz quruluğunun yaranmasına səbəb olur. Normada göz sulandıqda gözün buynuz qişası nəmlənərək təmizlənir, ona görə də gözdə belə bir problemlər baş vermir, ancaq kompüter qarşısında çox vaxt keçirərkən, artıq gözdə bu cür problemlər meydana çıxmağa başlayır. Bu səbəbdən, vaxtında həkimə müraciət etmək lazımdır.

Etiketlər :