Zəif Görmə

Zəif görmə nədir?

2239 izlənmə

Paylaş

 

14

Aytən Xudiyeva

Oftalmologiya

Paylaşılma tarixi

11 fevral 2013 08:50

Normalda hər bir insanın görməsi 100% olmalıdır. Əks halda isə bu, zəif görmə, görmə itiliyinin azalması adlanır. Yəni yoxlamada olarkən, 4-5 metrdən 10 sətrin hamısını görməlidir və bu da 100% görmə adlanır. Ancaq bəzi hallarda xəstələrin zəif görmə şikayətləri olur. Zəif görmə hər hansı bir refraksiya patalogiyasına aiddir. Refraksiya gözün işıq sındırma qabiliyyətidir. Yəni əslində biz gözümüzlə deyil, beynimizlə görürük. Sadacə görmə orqanı olan göz vasitəsilə bütün informasiyalar beyinə ötürülür. Bütün informasiyalar da torlu qişada toplanır. Optik sahələrdən keçərək xəyal torlu qişanın üzərində toplanır. Optik sahələrə göz almasını təşkil edən bütun şəffaf mühitlər aiddir. Bu şəffaf mühitlərin də şüa sındırma qabiliyyəti vardır. Şüa sındırma qabiliyyəti isə refraksiya adlanır. Refraksiyanın 3 növü vardır: miyopiya, hipermetropiya, astiqmatizm.

Etiketlər :