Texnopark

Texnopark nədir?

1916 izlənmə

Paylaş

 

16

İsa Qasımov

Texnopark

Paylaşılma tarixi

07 mart 2013 23:01

Texnopark kəliməsi günümüzdə artıq tez-tez işlənən kəliməyə çevrilib. Hesab edirəm ki, bu cəmiyyətimizdə bu hadisəyə, bu prosesə yanaşmasından, ehtiyac hissindən meydana gəlib. Və texnopark, belə deyək, kəlimə olaraq,proses olaraq nədir? Qısaca izahını vermək istəsək texnoparklar bir və ya bir neçə universitetlərin, elmi-tədqiqat instutlarının birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədə olub tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərən bir mühit formalaşdıran bir quruluşdur, bir yerdi,bir məkandı. Texnoparkda fəaliyyət göstərən şirkətlərə universitetlərin innovativ elmi nəticələrinin transfer edilməsi, yəni universitetlərdə edilən elmi yeni fikirlərin, elmi nəticələrin şirkətlərə transfer edilməsi və orda tədqiqin təmin edilməsi və işin idarə olunması sahələrində dəstək verir, yəni şirkətlərə dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması çərçivəsində baş verir, bu çox önəmlidir. Təşəbbüskarlıqda çox mühümdü, eyni zamanda təşəbbüskarlıq göstərən yeni fikir, yeni ideyaların sahiblərinin müəlliflik hüquqlarının qorunması çox əhəmiyyətlidir və bu da texnoparklarda çox ciddi şəkildə nəzərə alınır. Bu proseslərdə, ümumi mənada belə desək, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq onalrın tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu innovativ fəaliyyətləri həyata keçirən quruluşlardır desək daha aydın olar. Hesab edirəm bu proseslərin universitetdə tətbiqi daha aktiv olacaq, çünki universitetlərdə yeni fikir var, həm yeni fikirli tələbə heyəti var, magistratura, doktorantura kimi elmi tədqiqatçılar var, eyni zamanda da şirkətlərə məsləhət xidməti verə biləcək profüssor-müəllim heyəti var.

Etiketlər :