Azərbaycanda vergi növləri

Azərbaycan vergi sistemində hansı vergi növləri var?

4372 izlənmə

Paylaş

 

23

Paylaşılma tarixi

04 aprel 2013 13:11

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra vergi sistemini sürətli bir şəkildə müasirləşdirmişdir. 1992-ci ildən etibarən Azərbaycan vergi sistemi formalaşmış və 2001-ci ildən etibarən isə azərbaycanda yeni vergi məcəlləsi hazırlanmışdır. Bu məcəlləyə görə azərbaycanda 9-u dövlət və 4-ü yerli olmaq üzrə 13 vergi növü var. Dövlət vergiləri – fiziki şəxslərin gəlir vergisi, müəssisələrin mənfəət vergisi, əlavə dəyər vergisi, aksiz, mədən vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin əmlak vergisi, yol vergisi və sadələşmiş vergidən ibarətdir. Yerli vergilər – bələdiyyə mülkiyyətindəki müəssisələrin mənfəət vergisi, yerli əhəmiyyətli tikinti materiallarının mədən vergisi, fiziki şəxslərin əmlak vergisi və fiziki şəxslərin torpaq vergisindən ibarətdir. 

Etiketlər :