İqtisadi terminlər

Deflyasiya nədir?

2028 izlənmə

Paylaş

 

15

Vüqar Bayramov

İqtisadiyyat

Paylaşılma tarixi

21 aprel 2013 17:37

İqtisadiyyatda inflyasiya ilə yanaşı “Deflyasiya “ termini istifadə olunur. Deflyasiya olan zaman artıq qiymətlərin azalması baş verir.Bu zaman artıq əks proses baş verir. Bu zaman istehlak bazarında olan məhsul, eləcədə xidmətlərin qiymətlərində azalmalar müşahidə olunur. Adətən Azərbaycanda yay mövsümündə qiymətlərin azalması baş verir. Buda onunla bağlıdır ki, yay mövsümündə  həm bazara çıxarılan yerli istehsal kənd təsərrüfatı məhsulllarının həcmində artımlar baş verir və bazarda məhz əsasən Azərbaycan istehsalı olan aqrar məhsullar satılır və eyni zamanda məhz həmin dövrdə vətəndaşın xərcləmələrində də azalmalar olur, bu həm onunla bağlıdır ki, vətəndaşların bir qismi ölkədən kənarda olur və bir qismi məhz mövsümlə bağlı olaraq ərzaq məhsullarına, eləcədə geyim məhsullarına daha az vəsait xərcləyir. Bu baxımdan Azərbaycanda biz son dekada da yay aylarında deflyasiya ilə qarşılaşırıq ki, bu qiymətlərin azalması səbəbindən baş verir. Adətən istehlak bazarına daha çox məhsulların çıxarıldığı halda qiymətlərin azalması baş verir və eyni zamanda bu təbiiki təklif səbəbindən təklif deflyasiyasıdı. Eyni zamanda tələbin azalması şəklində baş verə bilər ki, bu birmənalı şəkildə tələb-təklif münasibətləri qiymətlərin tənzimlənməsini həyata keçirir, bu zaman artıq qiymətlərin artması deyil, azalması müşahidə olunur.

Etiketlər :