İnflyasiya

İnflyasiya nədir?

1416 izlənmə

Paylaş

 

17

Vüqar Bayramov

İqtisadiyyat

Paylaşılma tarixi

30 aprel 2013 20:03

İnflyasiya istehlak bazarında qiymətlərin artmasıdır. İnflyasiya baş verən zaman istehlak bazarında həm məhsulların həm də xidmətlərin qiymətlərinin artdığı müşahidə edilir. Bu zaman məhsulun keyfiyyəti artmasa da qiyməti artır. İnflyasiya ilə bağlı qiymətləndirməni Azərbaycan Dövlət Statistika komitəsi aparır. Statistika komitəsi il ərzində istehlak bazarında məhsul və xidmətlərin qiymətlərinin müşahidəsini apararaq illik və aylıq inflyasiyaları elan edir. Statiskika komitəsi ilə yanaşı eyni zamanda mərkəzi  bank da inflyasiya göstəricisini hesablayır. Bundan başqa beynəlxalq təşkilatlar da inflyasiya göstəricisini hesablayır. Əksər hallarda bu rəqəmlər rəsmi dövlət qurumlarının elan etdiyi rəqəmlərdən fərqlənir. Beynəlxəlq maliyyə qurumlarının elan etdiyi rəqəmlər nisbətən daha yüksək olur.

Etiketlər :