Kitab Marketinqi

Kitab marketinqi necə təşkil olunur?

1359 izlənmə

Paylaş

 

14

Rafiq İsmayılov

Nəşriyyat

Paylaşılma tarixi

16 may 2013 11:27

Kitab marketinqi kitab nəşrində ilk mərhələdən son mərhələyə kimi iştirak edir. Kitab əlyazma formasında nəşriyyata  daxil olduğu zaman birinci  işə qarışan marketinq şöbəsi olur. Bu kitabın taleyini o həll edir ki, bu kitabı çapa götürmək olar  yoxsa olmaz. Bu kitab gəlir gətirəcəkmi yoxsa gətirməyəcəkmi?  Marketinq elə bir məsələdir ki, malın, əmtəənin bazarda yeriməsi, daha çox satılması üçün görülən tədbirlər kompleksidir. Kitab nəşri sahəsində, kitab biznesi sahəsində onun öz marketinq üsulları var. Bu ilk növbədə ictimaiyyətlə əlaqə üsullarıdır. Buda çox gizli reklama bənzəyir. Kitab çıxan kimi marketinqlər ilk növbədə çalışırlar ki, bu kitab haqqında mətbuatda resenziyalar dərc olunsun. Əgər kitab çox maraqlıdısa tənqidçilər özləri bunu həvəslə edirlər. Marketinqçilər eyni zamanda vəsait ayırırlar ki, daha çox tanınmış tənqidçilər tanınmış qəzetlərdə, jurnallarda kitab haqqında resenziyalar dərc etsinlər. Ola bilsin ki, burdada şou-biznesdə olduğu kimi bütün rəylər müsbət olmasın. Ancaq onlar kitabın qıcıqlandırıcı məqamlarına diqqət ayırırlar ki, oxucuları cəlb etsinlər, kitabla bağlı cəmiyyətdə hayküylər baş qaldırsın. Yalnız bu halda kitab satışı çoxala bilər. Digər formalardan biri sərgilərdir. Sərgilərdə kitabın özünün satışı, nümayiş olunması, kitaba olan  müəlliflik hüququnun satılması baş verir. Bu sərgilərdə kitab nəşrdən çıxdıqdan sonra tanınmış, ən böyük kitab mağazalarında kitabın müəllif tərəfindən imzalanması mərasimləri təşkil olunur. Buda kitabın satışına böyük təkan verir. Hər bir oxucu müəllifin imzaladığı kitabı almaq üçün mağazaya gəlir, kitabı alıb müəllifə verir ki, imzalasın. Birdə direkt marketinq deyilən üsuldur ki, kitabdan asılı olaraq kitab oxuyucusunun əhatə dairəsi dar və çox spesifikdirsə həmin kitabın satışı üçün birbaşa həmin auditoriyaya müraciət olunur. Tutaq ki, bu hər hansı bir fakultənin tələbələri üçün buraxılmış bir tədris nəşridirsə  o zaman həmin universitetlərin tələbələrinə müraciət olunur. Və nəhayət, məlumdur ki, heç bir kitab kataloqsuz keçinə bilməz. Ona görədə nəşriyyatlar hər il, bəzən ildə iki dəfə kitab kataloqlarını nəşr etdirirlər. Bucür yollarla kitab nəşriyyatları özlərinin kitab satışını yüksəltməyə çalışırlar.

Etiketlər :