Oruc ibadəti

Oruc nədir?

1114 izlənmə

Paylaş

 

14

Rövşən Məmmədov

Dinşünaslıq

Paylaşılma tarixi

07 iyun 2013 18:01

Oruc sözü ərəbcədən dilimizə saum kəliməsinin qarşılığı olaraq keçmişdir. Saum kəliməsi özünü tutmaq, nəfsini tutmaq mənalarına gəlməktədir. Qurani-Kərimdə Bəqərə surəsi 183-cü ayəti-kərimədə Cənabı Allah buyurmuşdur: "Oruc sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizə də fərz qılınmışdır". Və Ramazan ayında oruc tutmaq müsəlmanlara fərz olmuşdur. Oruc ibadəti hicri 2-ci ildən sonra fərz olmuşdur. Ramazan orucundan əvvəlki dövrlərdə Allah Rəsulu (s.a.s) Məhərrəm ayında da oruc tuturdu. Oruc müsəlmanlara fərz qılınmışdır. Hz.Adəmdən başlayaraq bugünə qədər bütün millətlərdə oruc adlı ibadət olmuşdur. O günlərdə bu əsli ibadət pozulduğuna görə günümüzdə islami olaraq oruc tutan tək ümmət müsəlmanlar olmuşdur. Digər millətlərdə də oruc ibadəti vardır, amma təhrif olduğuna görə öz şəklini dəyişmişdir. Oruc ibadətinin digər ibadətlərdən fərqi odur ki, bu ibadət insanı Allaha (c.c) yaxınlaşdırır. Qurani-Kərimdə müəyyən cəzaların qarşılığı olaraq oruc ibadəti tutmaq əmr olunmuşdur. Demək ki, bir günah işləyib Allahdan uzaqlaşınca oruc tutaraq Allaha yaxınlaşır. Buna görə də oruc ibadəti Allaha yaxınlaşdıran, insanın acizliyini, zəifliyini, gücsüzlüyünü, bütün nemətlərin həqiqi sahibinin Allah olduğunu insana hiss etdirir. Oruc ibadəti insana onun digər insanlardan fərqli olmadığını, özü tox olsada başqalarının aclıq halından insana xəbər verir. 

Etiketlər :