Orucun növləri

Orucun hansı növləri vardır?

896 izlənmə

Paylaş

 

15

Rövşən Məmmədov

Dinşünaslıq

Paylaşılma tarixi

14 iyun 2013 19:39

Orucun bir çox növləri vardır. Fərz olan oruclar, vacib olan oruclar, sünnət olan oruclar və nafilə olan oruclar vardır. Fərz olan oruc Ramazan ayı boyunca 30 gün tutulan orucdur. Vacib olan orucları isə bir neçə kateqoriyada dəyərləndirmək olar. Məsələn, bir xeyir iş üçün murad edərsiniz ki, Əgər bu işim alınsa 1, 2 və ya 3 gün oruc tutacam və bu oruc onun üzərinə vacib olur. Bəzən isə hər hansı bir şeyə görə and içərsiniz, amma daha sonra and içdiyiniz şey sizin əlehinizə olur. Bu zaman andınızı pozmaq sizin lehinizə olacaqsa,andınızı poza  bilərsiniz, amma, bunun qarşılığında Cənabı Allah 3 gün arxa-arxaya oruc tutmağı bizə əmr edir. Bu oruc vacib oruclar içərisində dəyərləndirilə bilir. Vacib orucun başqa növləri də vardır, amma bugün aktual olan bu iki oruc növüdür. Sünnət olan oruclar Peyğəmbər Əfəndimiz (s.a.s) tərəfindən tutulan oruclardır. Allah Rəsulunun 1-ci və 4-cü günlər oruc tutma adəti var idi. Səhabələr Allah Rəsulundan(s.a.s) nə üçün bu günlərdə oruc tutduğunu soruşduqda: "Bu günlərdə insanların əməlləri hesaba çəkilir və Allahın qarşısında oruclu olaraq hesaba çəkilmək istərdim"-deyə cavab verərdi. Bundan başqa, Peyğəmbər Əfəndimizin  (s.a.s) ayın 3 günü, 14, 15, 16-cı günlərində tutduğu sünnət orucu vardı. Səhabələrdən olan Abdullah İbn As davamlı olaraq oruc tutardı və Peyğəmbərimiz ona ayda 3 gün oruc tutmağı tövsiyyə etmişdir. Bu zaman səhabə əfəndiləri: "ya Rəsulallah, mənə ayda 3 gün oruc tutmaq azdır"-dediyi zaman, Peyğəmbər Əfəndimiz (s.a.s) cavab verdi: "O zaman həftənin 1-ci və 4-cü günləri oruc tutmaq kifayət edər".  Səhabə Əfənimiz bununda az olduğunu dedikdə, " o zaman sən bir gün oruc tut, bir gün isə tutma" deyə cavab almışdır ki, bu daut orucu adlanır. Amma bu hər kəs üçün şərt olan bir şey deyildir, istəyənlər daut orucunu tuta bilərlər. Nafilə orucları da vardır ki, biz sünnət oruclarını nafilə kimi dəyərləndirə bilərik. İnsan nəfsini cilovlamaq üçün Ramazan ayından başqa, istənilən vaxtda nafilə orucu tuta bilər. Peyğəmbər Əfəndimizin (s.a.s) Şəvval ayında Ramazan ayının bayram günlərini keçirdikdən sonra 6 gün tutduğu sünnət orucu olmuşdur . Bir hədisi-şərifdə buyurulur: "Kim Ramazan ayında oruclarını idrak edərək tutarsa, daha sonra Şəvval ayında 6 gün oruc tutarsa, bütün ili oruc tutmuş kimi olar". Bundan başqa, Peyğəmbər Əfəndimizin (s.a.s) Zilhiccə ayının 10 günündə tutduğu oruc vardır. Bu günlərdə oruc tuta bilməyənlər ən azından Ərəfə günlərini oruclu keçirə bilərlər. Məhərrəm ayının 10-da tutulan oruc vardır. Peyğəmbər Əfəndimiz(s.a.s) Mədinəyə təşrif buyuranda, yəhudilərin məhərrəm ayının 10 günündə dənizdən xilas olduqlarına görə oruc tutduqlarını gördü və müsəlmanlar Hz.Musaya daha yaxındır deyib, bu günləri oruclu keçirməyi tövsiyyə etmişdir. Müsəlmanların yəhudilərdən fərqli olduğunu göstərmək üçün bu ayda 2 gün oruc tutmağı tövsiyyə etmişdir. Buna görə, Məhərrəm ayının 9 və 10-u, və ya 10-11-i ard-arda oruc tutmağı tövsiyyə etmişdir. Bunlar Allah Rəsulunun sünnət oruclarıdır. 

Etiketlər :