Ramazan ayının hökmləri

Ramazan ayı müsəlmanlar üçün niyə əhəmiyyətlidir?

963 izlənmə

Paylaş

 

15

Rövşən Məmmədov

Dinşünaslıq

Paylaşılma tarixi

19 iyun 2013 11:02

Ramazan ayı müsəlmanlar üçün əhəmiyyətlidir. Çünki, Cenabı Allah Qurani-kerimde 185-ci ayədə buyurur ki, insanlara doğru yolu göstərmək üçün, haqq və batili bir-birindən ayırmaq üçün Qurani-Kərimi Ramazan ayında endirmişik. Ramazan ayı Quran ayıdır, digər aylardan fərqlidir. Hər bir məkanın özünə görə dəyəri vardır, Ramazan ayı 11 ayın sultanıdır, digər vaxtlardan fərqli olaraq bu ayda edilən ibadətlər , namazlar daha savablı, fəzilətlidir. Peyğəmbər Əfəndimiz (s.a.s) bir hədisi-şərifində buyurur ki, ramazan ayı gəldikdə Cənnətin qapıları açılır, şeytanlar zincirə vurulur, insan oruc tutaraq sadəcə nəfsi ilə baş-başa qalır. Ramazanın son 10 günlüyündə yer alan Qədir gecəsi adlı mübarək bir gecə vardır ki,  Cənabı Allah Qurani-Kərimdə Qədir gecəsi haqda buyurur: "Qədir gecəsi min aydan daha xeyirlidir". Bu gecənin fəziləti 83 illik bir zaman diliminə qarşılıq verir. Demək ki, insan içərisində Qədir gecəsi olan o mübarək ayı, mübarək gecəni  idrak edərək yaşaya bilərsə, bu gecə İnşallah Allahın(c.c) bağışlamasına vəsilə olar. 

Etiketlər :