Orucu pozan hallar

Orucu pozan hallar nələrdir?

3045 izlənmə

Paylaş

 

14

Rövşən Məmmədov

Dinşünaslıq

Paylaşılma tarixi

24 iyun 2013 12:36

Orucu pozan hallar müxtəlifdir. Birinci, orucu qəsdən, bilərək pozmaq aiddir ki, buna qəsdən yemək içmək, cinsi əlaqədə olmaq, xoşuna gələn, onu məsh edə biləcək bir duxunun və ya siqaretin iyisini bilərək udmaq orucu mütləq olaraq pozar. Əgər bu Ramazan orucudursa bu orucun qəzası ilə bərabər kəffarət orucu tutması gərəkər,  vacib olan və ya sünnət olan bir orucdursa,  bu orucun mütləq bir gün qəzasını tutmaq gərəkir. Bunun xaricində farz orucunu bilmədən, xəta olaraq pozarsa, onun üzərinə qəza orucu tutmaq vacib olur. Bunlar nələrdir? İmsak vaxtını bilmədə şübhəli olarsa, imsak vaxtı girdiyi halda yemək-içməyə davam edərsə bu insanın orucu pozulmuş olur. Daha sonra pozulmuş bu orucun əvəzinə bir gün qəza orucu tutması vacibdir. Bunun xarisində, iftar vaxtının tam girməməsi halında yeyib-içərsə, bu insanın da orucu pozulmuş olur və bu orucun yerinə bir gün qəza etməsi lazımdır. 

Etiketlər :