Abituriyentin imtahana psixoloji hazırlığı

Abituriyentin imtahana psixoloji hazırlığı necə olmalıdır?

2607 izlənmə

Paylaş

 

17

Hüseyn Xəlilov

Psixologiya

Paylaşılma tarixi

03 iyul 2013 00:22

Abituriyentin imtahana psixoloji hazırlığı onun özünü inandıraraq, təlqin edərək , çalışaraq, qarşıya qoyduğu hədəflərə çatmaq istəyidir. Abituriyentin ən böyük  psixoloji hazırlığı onun hədəfləridir və bu hədəfə çatmaq üçün çalışmasıdır. Abituriyent psixoloji cəhətdən özünü inandırmalıdır ki, o bu işin öhdəsindən gələ biləcək .Bilməlidir ki, qarşıda onu çox çətin bir proses gözləyir, bu imtahanın yükü onun üzərindədir və bu imtahanı keçməlidir. Ona görədə özünü psixoloji cəhətdən imtahana hazırlamalı və özünü qorxutmamalıdır. Bütün sınaq imtahanlarına girdiyi zaman əldə etdiyi balı dəyərləndirməlidir. Sınaq imtahanlarından çıxan testin nəticələri aşağıda ola bilər, yuxarıda ola bilər. Əgər sınaq imtahanı onun üçün uğursuz, başarısız keçibsə, o buna görə ruhdan düşməməlidir.  Özünü inandıraraq yenidən sınaq imtahanlarına girməlidir. Bu prosesi rahat qəbul edərək gərginlik, əsəb kimi halları özündən uzaqlaşdırmalıdır. Əsas məsələ odur ki, abituriyent özündə inam duyğusunu inkişaf etdirməlidir. Bəs abituriyent bunu necə etməlidir? Əldə etdiyi balları nəzərdən keçirməli, onu təhlil etməli, analiz etməlidir. Bu şəkildə o, hazırlıq prosesini başa vurmuş olur. Abituriyent üçün vacib olan şey qida və yuxudur. Abituriyent psixoloji cəhətdən yuxu rejimini pozmamalı, yuxu saatına riayət etməlidir. Hər bir insan üçün yuxu saatı 6-8 saatdır. Abituriyent bu saatları yatmalıdır.Ola bilər ki, abituriyent  imtahana hazırlaşdığı müddət ərzində yuxusuz qala bilir, gecələr  yatmayıb oxuyur, gündüzlər isə gəlib yatır. Bəzən elə olur ki, gündüzlərdə yatmağa vaxtı olmur, yuxusuz qalır. Bu yuxusuzluq bir müddətdən sonra öz mənfi tərəflərini göstərməyə başlayır, gərginləşir, imtahana hazırlıq ərəfəsində çox əsəbiləşir, əsəb sistemi oyaq olur və zaman-zaman abituriyentdə maddələr mübadiləsi pozulur. Yuxusuzluqla yanaşı abituriyent bilməlidir ki, qidada çox vacib amildir. Vaxtında qidalanmalıdır.Bəzən biz abituriyentlərlə görüşdüyümüz zaman səhər yeməyini yeyirsinizmi deyə soruşuruq. Abituriyentlərin çoxunun cavabı isə belə olur: Xeyr, yemirik, səhərlər yemək yeməyə iştahamız olmur, səhər yeməyini günorta yeyirik. Amma bu doğru deyil. Abituriyentlər səhər yeməyini mütləq yeməlidirlər. Səhər yeməyini yedikləri zaman abituriyentlər özlərini gün ərzində rahat hiss edəcək, baş gicələnməsi, əsəb, gərginlik, ürək bulanması , aqressiv hallar olmayacaq. Düzgün qidalanmadıqları zaman maddələr mübadiləsi pozulacaq, daha sonra bu hal immunitet pozulması ilə müşahidə olunacaq. Abituriyentin imtahana psixoloji hazırlığı üçün ilk növbədə inamı olmalı, qarşıya hədəf qoyaraq ona çatmağa çalışmalıdır. İkinci səbəb olaraq qidanı söylədik. Səhər qidalanması, günorta qidalanması, axşam qidalanması normal olmalı, bu qidaları əsasən sulu yeməklər olmalıdıki, bu yeməklərdə zülalın miqdarı çox olur, kalsiumla zəngin olan ağartı məhsulları istifadə etməlidir. Yaşıl məhsullardan, meyvə-tərəvəzlərdən çox istifadə etməlidir. Axşam qidası günorta qidasına nisbətən daha yüngül olmalıdır. Bizdə isə bunun əksinə, günorta yeməyə vaxt tapa bilməyən abituriyentlər   axşam daha çox yeyirlər .Nəticədə tonus artır, mədə sıxılır, yuxu gəlir, əsəbilik yaranır, nəticədə faydalı şəkildə çalışa bilmir. Yedikdən bir qədər sonra yuxu gəlir, yuxunun səbəbidə diapraqmanın sıxılmasıdır. Ona görə bizim abituriyentlərə məsləhətimiz odur ki, qidalanma rejiminə çox diqqət etsinlər.  Yuxu da psixoloji halların yaranmaması üçün dəyərləndirilməlidir. Əgər günortalar dərsdən yorğun dələn abituriyentin yuxusu varsa onun yatma müddəti 45 dəqiqə və ya bir saatı keçməməlidir. Çünki günorta  2-3 saat yatan abituriyent yorulacaq, çalışması üçün lazım olan müddət azalacaq və nəticədə oxuyub çatdıra bilmədiyi üçün əsəbiləşəcək  və həyəcanlanacaq. Abituriyent çox vaxt özünü gərginləşdirir, özünü  boş yerə narahat edir.Hər zaman fikirləşirki, mən çatdıra bilməyəcəm, vaxt azdır. Əgər abituriyent vaxtını düzgün qurub planlı şəkildə oxuyarsa gözəl nəticələr əldə edə bilər. 

Etiketlər :