Ailədə valideyn- övlad münasibətləri

Ailədə valideyn-övlad münasibətləri necə olmalıdır?

2532 izlənmə

Paylaş

 

16

Hüseyn Xəlilov

Psixologiya

Paylaşılma tarixi

03 iyul 2013 21:38

Ailədə valideyn-övlad münasibətləri bir məsələ, övladın valideynlərə münasibəti isə ikinci məsələdir. Bizim toxunmaq istədiyimiz məsələ ondan ibarətdir ki, övlad valideynlə münasibətdə hansı təməl prinsipləri özündə cəmləşdirməlidir. Birinci itaətkarlıq. Övladda valideynə qarşı  itaətkarlıq şüuru formalaşdırılmalıdır. Övladın valideynlə münasibətdə itaətkarlıq şüuru formalaşmayıbsa mütləqdir ki, arada çox ciddi problemlər,narahatlıqlar, konfliktlər, narazılıqlar meydana gələcək.  İkincisini valideynlə övlad arasındakı səmimiyyət təşkil edir.  Yəni, övlad valideynə səmimiyyət göstərməlidir. Valideyndən qaçmamalıdır, valideyndən özünü gizlətməməlidir.  Valideynə qorxaraq hörmət etməməlidir. Yəni, övlad valideyni qorxduğu üçün sevməməlidir. Övlad səmimiyyətiylə, sevgisiylə valideyni əzizləməlidir, onun böyük olduğunu qəbul etməlidir. Üçüncü məsələ isə ünsiyyətdir. Xüsusilədə övlad valideyni ilə münasibətdə nicatını tapır, problemlərini həll edə bilir. Ünsiyyət nəticəsində danışaraq, sevilərək, ürəyindəki, şüurunun altında gizlətdiyi sözləri söyləyərək problemləri həll edəcək. Valideyn övladını ünsiyyət vasitəsilə tanıyacaq. Eləcə də övlad valideynlə ünsiyyət zamanı biləcəkki, o, valideyn haqqında səhv fikirdədir. Valideyn haqqında doğru fikirləşməyibdir. Dördüncü isə davranışdır. Övlad valideynlə ünsiyyət zamanı,səmimi olduğu zaman,  itaət etdiyi zaman bu dördüncü təməl davranış və hərəkətlərdir, rəftardır, münasibətdir. Yəni o, davranışlarını elə qurmalıdır ki, valideyni əsəbləşdirəcək, valideyndə qəzəb yaradacaq şeylər olmasın.

Etiketlər :