İT Sertifikatları

İT üzrə beynəlxalq sertifikatlar hansılardır?

3891 izlənmə

Paylaş

 

19

Ramin Orucov

İnformasiya Texnologiyaları

Paylaşılma tarixi

24 sentyabr 2013 14:07

İT üzrə beynəlxalq sertifikatlar dedikdə daha çox rəsmi şirkətlər tərəfindən verilən və beynəlxalq səviyyədə keçərli olan sertifikatlar  nəzərdə tutulur. Bu sertifikatları əsas İT sahəsindəki istiqamətlərə görə qruplaşdırmaq olar. Məsələn, proqramlaşdırma üzrə sertifikatlar. Proqramlaşdırma üzrə sertifikatlar dedikdə proqramlaşdırma üzrə daha çox istifadə olunan texnologiyalar, məsələn, Java proqramlaşdırma dili, C# proqramlaşdırma dili və digər proqramlaşdırma dilləri üzrə qruplaşdırırıq. Java dili üzrə sertifikatları verən Oracle şirkətidir, çünki Oracle şirkəti Sun Microsystems  şirkətini aldıqdan sonra Java texnologiyalarına sahib oldu və bu istiqamət üzrə hansı səviyyədə sertifikatlar təklif olunur? Əsasən üç səviyyə var. Associate-başlanğıc səviyyə, Professional- profesianal səviyyə və Master və ya eksper səviyyə mövcuddur. Bunlara əlavə olaraq konkret dar istiqamət olaraq specialized kimi istiqamətlərdə təklif olunur. Java proqramlaşdırma üzrə birinci səviyyədə sertifikat Oracle Certified Associate ( OCA), yəni oracle sertifikatı ilə təmin olunan başlanğıc səviyyəli mütəxəssis  "OCA Java programmer"  Java proqramı ilə giriş, birinci səviyyəli sertifikatı ilə təmin olunur. Daha sonra OSP, yəni Oracle Professional Certified sertifikatıdır. Bu sertifikatı aldıqdan sonra bu o deməkdir ki, artıq bu mütəxəssis Java proqramlaşdırma dilinin əsas fundamental anlayışlarını bilir, müəyyən proqramlaşma üzrə biliklər mövcuddur. Bu sertifikatı aldıqdan sonra OCP Java programmer sertifikatına hazırlaşa bilər, onun imtahanına girə bilər. Bundan yüksək səviyyədə isə Oracle Certified Master, yəni OCM Java Architect sertifikatı mövcuddur. Adından göründüyü kimi, OCM Master sertifikatı ekspert səviyyəsində sertifikat olduğuna görə bunun tələbləri daha çoxdur, onu almaq üçün daha çox hazırlıq lazımdır, daha çox təcrübə tələb olunur. Bunlara paralel olaraq Oracle Certified Expert Java proqramlaşdırma sertifikatları mövcuddur. Fərqli istiqamətlər üzrə sertifikatlar var. Məsələn, Oracle Certified Web Component Developer, Oracle Certified Business Component Developer və s. mövcuddur. Bu istiqamətlər professional proqramçı sertifikatına paralel olaraq gedir. Bu sertifikatları almaq üçün proqramçıdan 2-3 il təcrübə və minimal biliklər tələb olunur. Javadan başqa C# proqramlaşdırma dilində Microsoft Doppler platforması üçün təklif olunan proqramlaşdırma sertifikatları nələrdir? Burada Microsoft Certified Technology Specialist sertifikatı başlanğıc səviyyədə sertifikatdır. Microsoft Certified Professional Developper sertifikatı təklif olunur ki, bu Javada OCP səviyyəsinə uyğun gəlir. Bunun daha yüksək səviyyəsi Microsoft Certified Architect sertifikatı sayılır. Bu Oracle Certified Master sertifikatına uyğun gəlir. Bundan başqa, PHP üzrə ən məşhur sertifikat  Zend şirkətinin təklif etdiyi sertifikatdır. Zend Certified PHP üzrə mütəxəssislərə kifayət qədər tələbat çoxdur. PHP üzrə eyni zamanda W3 schools sertifikatı mövcuddur, amma Zend sertifikatının dəyəri daha çoxdur, çünki onu almaq daha çətindir və onun tələbatları daha yüksəkdir. Proqramlaşma dilləri üzrə əsas Java, C#, C++ sertifikatlarını sıraladım. Bu sertifikatlara hazırlaşmadan öncə məsləhət görərdim ki, heç olmasa müəyyən qədər 6 ay vaxt ayırıb, bu dilləri öyrənib, tətbiq etdikdən sonra sertifikata hazırlaşmaq daha yaxşı olar. Sertifikatı ala bilmək üçün imtahan vermək lazımdır, bu imtahanda düşə biləcək mövzuları çox incə detallarına qədər öyrənmək lazımdır. Halbuki, olur ki, bu sertifikatda tələb olunan səviyyədə detallı biliklər praktikada, real proqramlaşdırma proyektlərində tələb olunmaya bilər, amma sertifikat imtahanına xüsusi hazırlaşmaq lazımdır. Çünki, təcrübəsi olan, amma sertifikatın incəlikləri üzrə hazırlaşmayan proqramçı çox rahat imtahandan kəsilə bilər. Bu proqramlaşma üzrə olan sertifikatlara aiddir, digər İT üzrə sertifikatlar, məsələn, şəbəkə texnologiyaları üzrə dedikdə Cisco şirkəti yada düşür. Cisco şirkətinin sertifikatları çox geniş yayılmışdır. Adətən, başlanğıc səviyyəli Cisco üzrə sertifikat Cİsco Certified Network Associate sayılır. Bunun da 3 səviyyəsi var. Professional səviyyə CCNP sayılır. Cisco şirkəti son 6 ayda sertifikat sistemində müəyyən dəyişikliklər etdi və sertifikatların sayını genişləndirdi və daha konkret istiqamətlər üzrə dərinləşdirdi. Bunların içərisində daha yüksək səviyyəli olan Cisco Certified İnternetworking Expert (CCİE) səviyyəli mütəxəssislər sayılır. Bu sertifikat müxtəlif istiqamətlər üzrə verilir, məsələn, security üzrə və s...Bu sertifikatı alan mütəxəssislər Cisconun ən yüksək səviyyəli mütəxəssisləri sayılır və bunlara kifayət qədər böyük tələbat var. Maddi olaraq təklif olunan maaşda yüksəkdir. Microsoft üzrə təklif olunan sertifikatlardan danışaq. Microsoftun əməliyyat sistemləri üzrə Windows server 2008, 2012 üzrə təklif etdiyi sertifikatlar var. Burdada yenə sistem administrator sertifikatı, İT professional sertifikatı mövcuddur Microsoft Certified System Administrator mütəxəssisi olmaq üçün İT professional sertifikatını almaq vacibdir, çünki onların asılılığı vardır. Daha geniş məlumatı isə Microsoftun saytından əldə etmək mümkündür. Çünki, daim olaraq bu şirkətlər yeni məhsullarını çıxardıqca, məsələn, windows 2012-ni çıxartdıqdan sonra sertifikatlar sistemini təkmilləşdirdi, yeniliklər etdi. Ola bilər ki, müəyyən vaxt sonra bəzi serifikatların müddəti bitsin, yeni sertifikatlar əlavə olunsun. Köhnə sertifikatlardan yeni sertifikatlara keçmək üçün mütləq upgrade imtahanına girmək lazımdır. Çünki, microsoft üzrə onların müəyyən müddəti mövcuddur, 2-3 il keçərli olur, yeni proqram çıxan kimi upgrade etmək lazımdır. Unix, linux üzrə də sertifikatlara toxunum. Unix üzrə ən məşhur sistem solar sistemidir. Solar sistemi üzrə ekvivalent olaraq Associate, Professional sertifikatları mövcuddur. Bu sertifikatları almaq üçün adətən tək imtahan kifayət etmir. Bu sertifikatı almaq üçün Oracle şirkətinin məsləhət gördüyü treyninqləri almaq lazımdır. Bu treyninqləri alıb, imtahana girib, uğurla keçdikdən sonra bu sertifikatları almaq olar. Solaris üzrə sertifikatlı mütəxəssislərə bütün dünya üzrə həddindən artıq tələbat var. Azərbaycan telefon sektorunda Solaris geniş istifadə olunur və mütəxəssislərə də tələbat çoxdur. Bundan başqa, HP UX əməliyyat sistemi də mövcuddur. HP UX üzrə də sistem administratoru sertifikatıda mövcuddur. HP UX digərlərinə görə daha az istifadə olunur, amma bu sertifikatı da almaq elə asan deyil. Eləcədə, Red Hat şirkətinin təklif etdiyi Red Hat Enterprise Linux əməliyyat sistemini demək istərdim. Red Hat Certified Engineer və Red Hat Certified Technician kimi sertifikatları var. Hansıki bu sertifikatları almaq üçün təkcə imtahana girmək kifayət etmir, çünki orada yazılı imtahan deyil. Burada sizə real məsələlər qoyulur və müəyyən vaxt ərzində o məsələləri həll etmək lazımdır ki, bu sertifikatı ala biləsiz. Maraqlı bir məlumatıda deyim ki, Red Hat Certified Technician və Red Hat Certified Administrator imtahanlarına girən mütəxəssislərin adətən 60%-ə yaxını bu imtahandan kəsilir. Bu da o sertifikatın dəyərini artırır. Bir sertifikatı almaq çətindirsə bu şirkətlər üçün onun dəyərinin yüksək olmasını göstərir.

Etiketlər :