Verilənlər bazası

Verilənlər bazası nədir?

2959 izlənmə

Paylaş

 

17

Ramin Orucov

İnformasiya Texnologiyaları

Paylaşılma tarixi

01 oktyabr 2013 11:20

Verilənlər bazası əslində bir informasiya sisteminin ən vacib komponentidir desək yanılmarıq.Bir şirkət təsəvvür edək. Bir şirkətin informasiya sistemində mövcud olan  məlumatların böyük əksəriyyəti verilənlər bazasında saxlanılır. Bir telefon şirkəti, gsm operatoru düşünək. GSM operatoru müştəri haqqında məlumatları, balans haqqında məlumatları, danışıqları, sms-ləri bütün bunlar verilənlər bazasında saxlanılır. Dolayısıyla, şirkətin ən vacib, ən əhəmiyyətli resursu verilənlər bazasıdır.Verilənlər bazasının əhəmiyyəti artdığına görə bu sahə üzrə mütəxəssislərə də tələbat çoxdur. Profesianal verilənlər bazası mütəxəssizinə hər zaman tələbat vardır. Verilənlər bazası tədbiq olunması yerinə görə müxtəlif formalarda ola bilər. Lokal, mərkəzi sistem və internet üzərində distribüter paylanmış sistem  formasında ola bilər. Hal-hazırda gələcək perspektivi yüksək olan nova verilənlər bazası mövcuddur. 

Etiketlər :