Stress və gərginlik

Stress nədir?

2245 izlənmə

Paylaş

 

16

Aidə Nəbiyeva

Psixologiya

Paylaşılma tarixi

14 oktyabr 2013 11:24

Stress insanın gözlənilməz  gərgin şəraitlə qarşılaşarkən verdiyi emosianal reaksiyadır. Biz həyatımızda həm mənfi, həmdə müsbət stresslə qarşılaşırıq. Müsbət stress bizim həyatımızı daha da ruhlandırır, yəni bizi gələcək həyata istiqamətləndirir, dahada ruhlanırıq. Amma neqativ stressdə əksinə, bizdə ruh düşkünlüyü yaradır, bir sıra xəstəliklərə meyllik yaradır və eyni zamanda emosianal gərginliyi formalaşdırır. Stress amilinə biz müxtəlif səbəblərdən tez-tez rast gələ bilərik.  Stressin səbəbləri bu baxımdan genişdir. Streesin səbəbləri nələr ola bilər? Yeni ailə həyatının qurulması, iş həyatının başlanması, iş mühitində yaranan çətinliklər, münasibətlərdə baş vermiş çətinliklər, konfliktlər, yeni situasiyalar, bunlar hər biri stress amili ola bilər. Ümumiyyətlə, stressə səbəb daha çox hansı amillər ola bilər? Bu amillər ki, insan üçün yeni faktorlardır. Bildiyimiz kimi yeni faktorlara adaptasiya olmaq insan üçün çox çətin olur. Ən azından yeni bir evə köçmək insan üçün stress faktorudur. Çox zaman insanlar bu stress faktorunu bir həftədən iki həftəyə qədər, bəzən bir aya qədər davam etdirə bilirlər. Çox zaman stress müddətində baş verən hadisələr insanlar tərəfindən yaddaşda çox yaxşı qalmır. Daha sonra biz həmin hadisə haqqında soruşduqda insanlar məlumat verə bilmirlər. Stress dövrü daha çox nə ilə yadda qalır? İnsanlar yüksək emosianal reaksiya verirlər, hər şeyi emosialarla cavablandırırlar,  eyni zamanda həmin dövr insanların yaddaşında yaxşı qalmır, diqqətini tam cəmləyə bilmir və insan demək olar ki, hər bir şeyə qeyri-adi reaksiya verməyə başlayır. Bu baxımdanda biz bir-birimizə çox zaman əgər gərgin situatsiya ilə qarşılaşdığımız an "sən stressdəsənmi" sualını veririk. Çünki insanlar adətən hər hansı bir gözlənilməz şəraitlə qarşılaşarkən cavab reaksiyası məhz stress olur. Bir insan stresslə qarşılaşıb ona qarşı mübarizə aparmağı çox yaxşı bacarmalıdır. 

Etiketlər :