Dayəlik

Dayəlik nədir?

1247 izlənmə

Paylaş

 

14

Aidə Nəbiyeva

Psixologiya

Paylaşılma tarixi

16 oktyabr 2013 14:08

Dayə elə bir şəxsdir ki, insanlar bu şəxsi ailəsinə çox yaxın buraxır, uşaqlarını etibar edir, onun günlük rejimini , qrafikini, həyat tərzini, bütün psixi proseslərini ona etibar edir. Sanki dayə bir müddət sonra ailənin bir fərdinə çevrilir. Bəzən dayəliklə ev köməkçisi bir-birinə qatışdırılır. Amma bunlar tamamilə fərqli şeylərdir. Yəni biz ev köməkçisi deyiriksə bura nələr daxildir. Evin təmizlənməsi, yeməyin bişirilməsi , uşağa sadəcə olaraq nəzarət edilməsi və evin digər xırda işləri evin köməkçisinin üzərinə düşür. Əgər biz burda konkret dayəlikdən danışırıqsa, dayənin üç əsas funksiyası var. Nədir bu funksiyalar? Konvektiv funksiya-yəni dayə kifayət qədər böyük biliklərə malik olmalıdır.Uşağa həm kitab bilikləri, həm elmi biliklər, həm də müxtəlif amillər haqqında danışmağı bacarmalıdır. İkinci funksiya nəzarət funksiyası olmalıdır. Yəni dayə çox gözəl nəzarət etməyi bacarmalıdır. Həm tibbi cəhətdən, həm fiziki cəhətdən uşağa heç bir təhlükənin yaranmamasına nəzarət etməyi bacarmalıdır. Üçüncü funksiya isə tibbi funksiyadır. Hər bir dayə tibb sahəsini çox gözəl bilməlidir. Ona görədə bir çox dünya ölkələrində dayəliyə  ilkin təhsili, tibb təhsili  vəya pedoqoji təhsili olan şəxslər götürülür. Əgər uşaqda soyuqlama olarsa, temperatur qalxması yaranarsa dayə bunun üzərinə tez düşməlidir. Ona görədə tibbi funksiya burada çox önəmlidir. Pedoqoji funksiyada isə-dayə sadəcə uşağa bir baxıcı, nəzarətçi deyil, eyni zamanda dayə uşağı tərbiyə etməlidir. Nə üçün? Əgər bugünkü gün üçün Azərbaycanda normal statistik ailə öz övladını dayəyə etibar edirsə deməli valideynin o övladı tərbiyə etmək üçün vaxtı yoxdur. Hətta övladın tərbiyəsi belə dayəyə tapşırılır. Ona görədə dayə həmdə pedoqoji və tərbiyələndirici funksiyanı da öz üzərinə götürür. Bu baxımdan ev köməkçisi və dayə bir-birindən tamamilə fərqləndirilməlidir. Çox təəssüf olsun ki, müasir dövrdə maddi səbəblər üzündən bu iki funksiyanı bir-birinə qatışdırırlar və nəticədə bu uşaqların tərbiyəsində öz mənfi fəsadlarını qoyur.

Etiketlər :