Nitq ləngiməsi

Nitq ləngiməsi nədir?

1282 izlənmə

Paylaş

 

14

Aidə Nəbiyeva

Psixologiya

Paylaşılma tarixi

18 oktyabr 2013 11:59

Uşaqların nitq funksiyası uşaqların ilk yaşlarında yaranan funksiyalardan biridir. Əsas psixi funksiyalardan biri olub uşaqların həyatında mühüm rol oynayır.  Və nitq ləngiməsidə bu funksiyanın gecikməsi, bu funksiyanın yaranmasında rol oynamış müəyyən amillərlə bağlı olur. Demək olar ki, nitq ləngiməli uşaqlar çox vaxt yaşlarına uyğun nitq qabiliyyəti nümayiş etdirə bilmirlər. Yəni, onların nitqində istifadə etdikləri sözlər, hecalar, hətta müəyyən  hərflərdə, səslərdə belə müəyyən qüsurlar olur. Bu uşaqlar tam olaraq sözləri səsləndirməyə, fikirləri səsləndirməyə malik olmurlar. Bəzən nitq ləngiməsində  uşaqlar danışa bilirlər, müəyyən sözləri tələffüs edə bilirlər, amma  səslərin tələffüsündə müəyyən hərflərin deyilişində qüsurlar olur. Qramatik fəsadlara tez-tez rast gəlirik. Ümumiyyətlə, uşaqlar bəzən  hər bir sözü, hər bir fikri çatdırır, amma  cümlənin qramatik quruluşunda çox ciddi problemlər yaranır. Ümumilikdə götürdükdə nitq ləngiməsi  müxtəlif xarakterlidir və nitqin ifadə olunmasında müxtəlif problemlərlə yadda qalır. Bu sadaladığımız hər bir şey nitq ləngiməsinin nəticəsində yaradan amillərdir. 

Etiketlər :