Psixoloji Xidmət

Psixoloji xidmət nədir?

1328 izlənmə

Paylaş

 

14

Aidə Nəbiyeva

Psixologiya

Paylaşılma tarixi

06 noyabr 2013 12:51

Psixoloji  xidmət əsasən normal insanlara göstərilir. Bu, elə bir xidmət sahəsidir ki, əgər insanlar psixoloji stresslə qarşılaşırlarsa, ailədaxili problemlər yaşayırlarsa , yeni mühitə uyğunlaşma çətinliyi, iş çətinliyi kimi çıxılmaz vəziyyətlə qarşılaşarlarsa müraciət etdikləri bir xidmət sahəsidir. Burada məqsəd nədir? İnsanları qısa müddətli gərgin şəraitdən çıxardılması, əgər ehtiyac olarsa uzun müddətli işin görülməsi  və müəyyən profilaktik işlərin aparılmasıdır ki,  insanlar daha sonra belə bir psixoloji amillə qarşılaşmasınlar. Daha doğrusu, psixoloji xidmətin iki əsas istiqaməti var. Birincisi  maarifləndirmə və daha sonra isə insanın terapiya sahəsidir. Bu, psixoloji problemlərdən azad olunma sahəsidir. Birinci sahə psixoloji xidmətdə çox aktual yer tutur. Bu nədən ibarətdir? Bildiyimiz kimi, psixoloqların məqsədi  təkcə insanları terapiya etmək, insanları psixoloji stressdən uzaqlaşdırmaq və çətinliklərini aradan qaldırmaq olmamalıdır. Biz insanlara bu xidməti göstərməklə eyni zamanda onları maarifləndirməliyik. İnsanlar bu xidmət sahəsinə çox geniş bələd olmalıdır ki, növbəti dəfələrdə həm özlərini bu amillərdən qorusunlar və insanlar bu problemlərlə qarşılaşdıqda özlərinə kömək edə bilsinlər. Nəinki özlərinə, həm də çox yaxın insanlarına kömək göstərə bilsinlər. Psixoloji məsləhət və psixoloji yardım elə bir sahədir ki, bura istənilən insanlar müraciət edə bilər. Əsasən, seanslar 8 seansdan başlayaraq aparılmalıdır. Müəyyən psixoloji xidmətin effektini görmək istəyiriksə bu seanslar 8 seansdan az olmamalıdır. Əsasən psixoloji problemləri olan insanlar bura müraciət etməlidirlər. Nevroloji amillər olduqda demək olar ki, psixoloji xidmətin təsiri çox olmur. Nəzərə alsaq ki, burada nevrologiya  və psixologiyanın  birgə işi olsa keyfiyyətli bir iş göstərmək mümkündür. Bu baxımdan, psixologiya ilə psixiatriyanın  fərqi dedikdə psixolji xidmətə daha çox  normal insanlar norma çərçivəsində müraciət edirlər. Onlara göstərilən xidmətlər normal insanlara göstərilən xidmət səviyyəsindədir.  Psixoloji xidmət həm uşaqlar üçün,  həm orta yaş, həm yeniyetmələr, həm gənclər, həm də yaşlılar üçündür. İstənilən sahəyə psixoloji xidmət göstərilə bilər.  Psixoloji xidmətin müraciət etmə sahələri isə müxtəlifdir. Həm ailədaxili münasibətlər, həm sosial  mühitə adaptasiya çətinlikləri və ünsiyyət çətinliyi, həm iş konfliktləri və iş çətinlikləri, bütün yaşam tərzi və psixi problemlərlə bağlı məsələlərdə psixoloji xidmət sahəsinə müraciət edə bilər və psixoloqdan yardım ala bilərlər. 

Etiketlər :