Aliment

Aliment nədir kim tərəfindən ödənir?

2469 izlənmə

Paylaş

 

16

Zaur Quliyev

Hüquq

Paylaşılma tarixi

18 noyabr 2013 12:22

Azərbaycan Respublikasının ailə məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa borcludur. Eyni zamanda, nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər , atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul və məbləğ aliment adlanır. Belə ki, alimentin ödənilməsi notarial qaydada ata və ananın birgə razılığı əsasında saziş olaraq da bağlanıla bilər.  Lakin, elə valideynlər var ki, uşaqlarından ayrı yaşasalarda uşaqlarının saxlanılması üçün könüllü olaraq aliment ödəməkdən yayınırlar. Bu halda, tərəflərdən birinin məhkəməyə alimentin tutulması ilə bağlı iddia ərizəsi ilə müraciət edərək  məhkəmə əsasında alimentin tutulmasını müəyyənləşdirə bilər. Eyni zamanda, onu da qeyd edim ki, tərəflərdən heç biri alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmirsə yerli icra hakimiyyətinin müvafiq şöbəsinin məhkəməyə müraciəti əsasında uşaqdan ayrı yaşayan valideynlər, həm atalar, həm analar ola bilər ki, onlardan alimentin tutulması məhkəmə qaydasında qət oluna bilər.  Onuda demək istəyərdim ki, yetkinlik yaşına çatmış, amma əmək qabiliyyətini itirmiş övladların saxlanılması üçün də məhkəmə qaydasında valideynlərdən aliment tutulması nəzərdə tutulmuşdur. Arayış üçün bildirim ki, aliment nəinki atadan, həm də uşaqdan ayrı yaşayan anadan da tutula bilər. Bu, məhkəmə qətnaməsinə əsasən tərəflərin məhkəməyə verdikləri sübutlar nəticəsində müəyyən edilir. 

Etiketlər :