Tiroid Xəstəlikləri

Düyünlü zob xəstəliyinin müalicəsi necə aparılır?

15065 izlənmə

Paylaş

 

31

Fərqanə Məmmədli

Endokronologiya

Paylaşılma tarixi

16 dekabr 2013 16:23

Düyünlü zobda bəzi kateqoriyalar var ki, biz onları həmişə yadda saxlamalıyıq. 1 sm-dən böyük düyünlərdə hər zaman biopsiya tələb olunur. Düyünlərin bir çox növü var. solid düyün ola bilər, rasklurizasiyası, yəni qan dövranı, qanlanması yüksək olan düyünlər var və kalsinatlaşması yüksək olan düyünlərdən mütləq biopsiya alınması şərtdir.  Ultrasəs müayinəsindən sonra düyün tapıldıqda sinxrofik müayinədən istifadə etməklə düyünün soyuq və ya qaynar düyün olması aşkarlanır. Qaynar düyünlər burada hormonun daha artıq sintez olunmasını göstərə bilər və adətən xoş xassəli olurlar. Soyuq düyünlər isə daha çox xərçəng dediyimiz xəstəlik  yarada bilər, amma hər soyuq düyün xərçəng demək deyildir. Mütləq soyuq düyünlər və ölçüsü 1 sm-i keçən düyünlərdən biopsiya alınması məsləhətdir. Bəzən xəstələr səhvən kiçik düyünlərdə də cərrrahi əməliyyata üz tuturlar. Nə zaman əməliyyat göstərişi olur? Əgər düyün tək bir saydadırsa, ölçüsü 4-4,5 sm-i keçirsə bu zaman düyün əməliyyatı göstərişdir. Təbii ki, yaxşı olardı ki, biopsiya alınsın və düyünün nə xassəli olduğunu öyrənib daha sonra əməliyyata hazırlansın. Ancaq, sayı 7-8 olan, ölçüləri 1-1,5 sm olan düyünlərdə də ( biz buna multimodulyar deyirik) əməliyyata göstəriş ola bilər. Burdada təbii ki, biopsiyadan sonra daha dəqiq qərar verə bilərik.

Etiketlər :