Sahibkarlar Konfederasiyası

Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti nədən ibarətdir?

715 izlənmə

Paylaş

 

14

Paylaşılma tarixi

03 yanvar 2014 06:47

ASK 14 ilə yaxındır ki, fəaliyyət göstərir.  İlk növbədə qarşıya məqsəd qoyulub ki, sahibkarları maarifləndirmək, onların haqlı hüquqi tərəflərini  müdafiə etmək, onlara xidmətlər göstərmək, onların ölkədə və xaricdə keçirilən sərgilərdə, biznes formlarda iştirakını təmin etmək, seminar, treyninq və konfranslara onları cəlb etmək, sahibkarların təşkilatlanmasında onlara dəstək vermək lazımdır. Sahibkar tək fəaliyyət göstərdikdə həm sahibkar, həm təchizatçı, satıcı, həm inşaatçı kimi bütün funksiyaları təkbaşına yerinə yetirir. Amma normal halda dünya təcrübəsində istər ərazi, istər sahələr üzrə sahibkarlar təşkilatlanırlar, yəni assosasiya, ittifaklar şəklində birləşirlər, bu birləşmədə sahibkarlar  öz işlərini assosasiyalara ötürürlər  və onlar vasitəsilə həyata keçirirlər. Sahibkar özünə xaricdə tərəfdaş axtarır, istehsalla məşğul olan adam özünə tərəfdaş axtarmağa başlayanda istehsalda geriləmə olur. Amma, üzv olduğu birlik bunlar üçün xaricdə və ölkə daxilində tərəfdaş tapıb onları əlaqələndirir və sahibkar özü danışıq və görüşlərə başlayır. Bu zaman məsələlər daha tez və operativ həll olur. Mal materiallarının alışında, məhsulun satışında və s. məsələlərdə daha tez işini həll edə bilir. ASK Azərbaycan höküməti  Azərbaycan Həmkarlar İttifaqı ilə birlikdə Baş kollektiv saziş imzalayır və bu sazişdə tərəflər birgə razılaşdırılmış öhdəliklər qəbul edir və bunların icrası ilə məşğul olur. Bu sahədə də biz sahibkarlar normal iş şəraitinin yaradılması, normal fəaliyyəti  və biznesinin yaxşılaşdırılması istiqamətində köməkliklər edirik.  Biz sahibkarlar təşkilatı olaraq dünyanın 45-ə yaxın ölkəsilə ikitərəfli müqavilə bağlamışıq və bu müqavilələrdən irəli gələrək dünyada olan təcrübənin öyrənilib gətirilməsində, istərsədə o sahibkarların beynəlxalq məsələlərin həllində yardımcı ola bilirik. Bir çox beynəlxalq təşkilatların üzvüyük. Məsələn, Beynəlxalq İşəgötürənlər təşkilatının üzvüyük. Azərbaycanı Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatında təmsil edirik. Bu imkanlardan da sahibkarların vəziyyətinin yaxşılaşdırılmasında istifadə etməyə çalışırıq və bir çox hallarda da buna nail ola bilirik. Biz sahibkarlara kitablar, büroşurlar dərc edib göndəririk. " Biznes həyatı " jurnalı dərc olunur. Bu jurnal vasitəsilə sahibkarlarımızı yeniliklərlə tanış edirik, mütəxəssislərin köməyi ilə sahibkarların inkişafına yardımcı olmağa çalışırıq. Qanunvericilik bazasının yaxşılaşdırılmasında, yeni qanunların hazırlanmasında iştirak edirik, mövcud qanunların tətbiqində sahibkarlara dəstək verə bilirik. Qeyd etdiyim baş kollektiv saziş bizə imkan verirki, Azərbaycanda olan bütün sahibkarları bütün məsələlərdə təmsil edə bilək. Bu imkanlardan da istifadə edərək sahibkarların sözünü əlaqəli  təşkilatlara çatdıra bilirik. Son dövrlərdə rəqabət məcəlləsi, vergi məcəlləsində edilən dəyişikliklər, əmək məcəlləsi ilə bağlı təkliflərimiz olub. Bir sıra qanunların tətbiqinə də sahibkarları cəlb etmişik. 

Etiketlər :