Çaldıran döyüşü

Səfəvi Osmanlı rəqabətinin əsas səbəbləri nələr idi?

944 izlənmə

Paylaş

 

14

Paylaşılma tarixi

08 yanvar 2014 18:27

Ümumiyyətlə, dövlətçilik münasibətlərində  birincilik mübarizəsi həmişə olub.  Bu birincilik mübarizəsini Səfəvi-Osmanlı münasibətlərinə də aid etmək olar. Tarixə də baxdığımız zaman türk-cahan məfkurəsi tarixində iki türk dövləti yan-yana gəldiyi zaman birincilik mübarizəsi başlamışdır. Elə 15-ci əsrə baxdığımız zaman İldırım Bəyazid-Teymur münasibətləri, Fateh Sultan Mehmet- Uzun Həsən münasibətlərində, eləcədə Ağqoyunlu-Qaraqoyunlu, Qaraqoyunlu- Teymurilər münasibətində də bu birincilik münasibətləri vardır. Səfəvi-Osmanlı münasibətlərində də ilk növbədə birincilik mübarizəsinin getdiyini ana səbəb kimi göstərə bilərik. Birincilik mübarizəsinin altında, Səfəvi-Osmanlı rəqabətinin altında siyasi, iqtisadi, xarici, məzhəbi, ticari və mədəni səbəblərin olduğu görünür. 

Etiketlər :