Biznes Əlaqələri

Xarici bazarın əhəmiyyəti nədən ibarətdir?

624 izlənmə

Paylaş

 

15

Paylaşılma tarixi

12 yanvar 2014 18:23

Ölkənin ən vacib  işlərindən biri ərzaq bazarının daim inkişafı və istehsalın durmadan inkişaf etdirilməsidir.  Ölkəmizdə əvvəllər neft və qaz sektoru inkişaf etdirilmişdi. Bu sahənin inkişafı burdan əldə olunan gəlir hesabına unikal Azərbaycanın inkişafına tətbiq olunmağa başlayıb və bu sahənin hesabına qeyri-neft sektorunun inkişaf sahəsində işlər aparılır. Bunun üçün iqtisadi rayonların sosial-iqtisadi inkişaf proqramı qəbul olunub. Bu çox böyük nəticələr verərək, ölkəmizdə infrastrukturların inkişaf etməsinə səbəb olub. İkinci layihə də müvəffəqiyyətlə tamamlanmaqdadır. Bunlar bizim iqtisadiyyatımızın inkişafına təkan verir. Ölkədə ölkə tələbatına uyğun olan məhsullar istehsal olunduqca  yeni sahələr yaranır və nəticədə rəqabət qabiliyyətli, keyfiyyətli məhsullar xarici bazarlarda özünə yer taparsa bu, sahibkarın mənfəətinin artmasına, gəlirinin artmasına təkan vermiş olar. Həm ölkəmiz tanınar, həm sahibkarlarımız xarici bazarda özlərinə yer taparlar. Bu sahədə ölkəmizdə artıq ilk addımlar atılmışdır. Bunun üçün biz sahibkarlar təşkilatı olaraq sahibkarlarla xarici bazarda inkişaf edə bilmək üçün müəyyən layihələr həyata keçiririk. Bu imkanlar həmdə yeni texnologiyanı öyrənməyə  kömək edir. Yəni, yeni istehsala başlayan sahibkarlarımız ölkəyə xaricdə gördükləri  texnika və texnologiyanı gətirirlər. Yeni işlər qurularkən bu qabaqcıl texnologiya tətbiq olunur. 

Etiketlər :