Xalq Cumhuriyyəti

Azərbaycan Xalq Cumhuriyyəti (AXC) nə vaxt və hansı şəraitdə qurulub?

1389 izlənmə

Paylaş

 

15

Paylaşılma tarixi

15 yanvar 2014 14:18

AXC 1-ci dünya müharibəsinin qurtarması zamanı, çox ağır bir şəraitdə yaranıb. AXC-nin qurulmasının əsas səbəblərindən biridə Rusiyada ard-arda baş verən iki inqilabın nəticəsidir.  Xüsusilə, 1917-ci il 28 fevral rusiya-burjiya inqilabından sonra Rusiya adı altında olan hökümət Çar Rusiyasının tərkibində olan məhkum xalqlara azadlıq vəd edirdi.  Azərbaycandakı siyasi vəziyyət bundan istifadə edərək  müstəqillik uğrunda mübarizə aparmağa başladı. Xüsusilə, 1917-ci ilin aprel ayında Bakıda keçirilən Rusiya müsəlmanlarının qurultayında bu, ilk dəfə gündəmə gətirildi. Daha sonrakı şərtlərdə isə, 1917-ci il oktyabrın 25-də Rusiyada bolşeviklər tərəfindən həyata keçirilən çevrilişdən (böyük sosialist inqilabı ) sonra Qafqaziyadakı  gürcü, erməni , azərbaycan xalqlarının nümayəndələri də bu siyasi müşavirədən istifadə etməyə başladılar. Birinci olaraq, Zaqafqaziyada  Qafqaz seymi quruldu. Bundan sonra, Zaqafqaziya seymi fəaliyyətə başladı. Ardınca, 1918-ci ildə Zaqafqaziya komissarlığı fəaliyyətə başladı. Belə bir şəraitdə Azərbaycanı təmsil edən, millət vəkili səviyyəsində olan 44 təmsilci təmsil edirdi. Bunların 30-u Müsavat partiyasının üzvü idi. Geri qalanı isə Azərbaycanda fəaliyyət göstərən digər partiyaların, xüsusilə, Hümmət, Liberal partiyalar və s. nümayəndələri idi. Mayın 26-da bir çox fərqli fikirlərə görə Zaqafqaziya seymi dağılmaq məcburiyyətində qaldı. Bu fərqlərnə idi? Birinci, Zaqafqaziyada, Bakıda baş verən hadisələr  3 xalqın fikrində də dəyişikliklərə səbəb olmuşdu. Məsələn, Ermənilər rus pərəstişkarı idilər, Azərbaycan təmsilciləri isə daha çox Osmanlıya meyl edirdilər, Gürcülər isə Almanlarla münasibət qururdular. Bu, siyasi fərqlər idi. Eyni zamanda, ermənilər həm Anadoluda, həm də Azərbaycanda qırğınlar etmişdilər və 31 Mart soyqırım hadisələri gerçəkləşmişdi. Təbii ki, Tiflisdə  Qafqaz millətlərinin toplantısında fikir ayrılıqları ortaya çıxırdı. Bunlardan ən başlıcası, Azərbaycan irticaçıları Osmanlı dövləti ilə müqavilə bağlamaq istəyirdilər, amma erməni və gürcü təmsilciləri bu müqaviləyə tamamilə qarşı idilər. Bu kimi fərqli fikirlərdə olduqları üçün Zaqafqaziya seymi 26 May tarixində parçalandı. Azərbaycanı təmsil edən 44 nəfərlik heyyət Tiflisdə Azərbaycan  müstəqilliyini elan etmə adına 27 May gecəsində iclas keçirir.  Azərbaycanın xilas olması üçün bir qərarın verilməsi lazım idi.  Bu qərarda orada keçici Milli Şuranın qurulması və onun keçirəcəyi iclasda veriləcəkdi.  Keçici Milli Şura quruldu və rəhbəri M.Ə. Rəsulzadə seçildi. Çünki, o zaman M.Ə. Rəsulzadə Batumi şəhərində idi.  Osmanlı dövləti ilə danışıqlarda iştirak etmək üçün getmişdi.  28 May səhəri isə Milli Şuranın keçirtdiyi  iclasda bizim Tiflisdəki nümayəndə heyyətimiz AXC-nin, müstəqil bir dövlətin qurulmasına qərar verdi. 6 maddədən ibarət bəyənnamə imzalandı. Bu bəyənnamə bütün qonşu ölkələrə göndərildi. Beləliklə, 28 May 1918-ci il AXC rəsmən qurulmuş oldu. 

Etiketlər :