Əmək haqqından tutulmalar (Gəlir vergisi, DSMF) və uçotunun aparılması

Gəlir Vergisi üzrə tutulmaların hesablanması və müxabirləşməsi nədir?

27289 izlənmə

Paylaş

 

39

Hümbət Hümbətov

Mühasibat uçotu

Paylaşılma tarixi

16 mart 2014 12:14

Gəlir vergisi üzrə hesablamalar vergi məcəlləsinin 101-ci maddəsinə əsasən, fiziki şəxslərdən gəlir vergisi tutulmaları var. Bunlar hesablanmış əmək haqqından tutulur. 2500 manatadək olan hesablanmış əmək haqqına fiziki şəxslərin gəlirindən 14% gəlir vergisi tutulur. Əgər, hesablanmış əmək haqqı və ya fiziki şəxslərin gəliri 2500 manatdan yuxarı olarsa, bu zaman 2500 manatın 14%-i və 2500 manatdan yüksək olan gəlirin 25%-i məbləğində hesablanır. Bu, nə deməkdir? Məsələn, hesablanmış əmək haqqı 3000 manat müəyyən edilmişdir. Bu zaman, 2500 manat 3000 manatdan çıxarış edilir. 3000 manatdan 2500 manatı çıxaraq, 2500 manatın 14%-i 350 manat + aradakı fərq olan 500 manatın 25%-i. Nümunədə də göstərildiyi kimi, işçinin gəliri yuxarıdakı qaydada hesablanaraq gəlir vergisi hesablanır. Bu məbləği hesablayaraq fiziki şəxsin əmək haqqından tutulan məbləğ kimi qeyd olunur. Müxabirləşməyə baxdıqda isə, köhnə hesablar planına əsasən müəyyənləşir. Müxabirləşmə-işçiyə əmək haqqı, məsələn, idarə heyyətindən hesablanmış əmək haqqı 70 nömrəli hesabda kredit olaraq qeyd edək, 26 nömrədə ümumi təsərrüfat xərci olaraq da debitdə qeyd edək. Məsələn, 2000 manatı hesablayaq. 2000 manatdan 14% gəlir vergisi tuturuqsa, bu zaman 68 nömrəli vergi öhdəlikləri hesabıdır və kreditə aiddir. Debitə isə 70 nömrəli hesab, yəni, hesablanmış 2000 manatlıq əmək haqqından biz 14% gəlir vergisini azaltmış oluruq. Bu gəlir vergisinin məbləğidə 2000 manatın 14%-i 280 manat təşkil etməkdədir. Yeni hesablara baxanda isə, əmək haqqı 533 nömrəli hesabdır, yəni, əmək haqqı üzrə hesablaşma hesabı 533 nömrəli hesabdır. 533 nömrəli hesabı kreditə, yəni, borclandırırıq. Debitə isə misalda olduğu kimi, idarə heyyəti olduğu üçün isə 721 manatı xərclər hesabına qeyd edirik. Buradan azalan məbləğ, yəni, gəlir vergisi-14%-i biz 521 nömrəli vergi öhdəlikləri hesabına qeyd edirik. 521 nömrəli vergi öhdəlikləri hesabımızı kredit hesabımız yazırıq, debit hesabına isə 533 nömrəli hesabdan azalma qeyd olunur. Yəni, biz 2000 manatlıq əmək haqqından 14% məbləğində azaltma veririk, yəni 280 manat 521 nömrəli hesaba borclanırıq. 

Etiketlər :