Reklam kommunikasiyasının qurulması

Məhsulun hədəf kütləsi necə seçilir?

902 izlənmə

Paylaş

 

15

Mehman Qaraxani

Marketinq

Paylaşılma tarixi

07 aprel 2014 07:53

Hədəf kütləsi elə bir anlayışdır ki, bütün marketinq sahəsi ona köklənir, onun üzərində qurulur. Qısaca olaraq hədəf kütləsini belə izah edə bilərik ki, reklam verən məhsul haqqında informasiyasını ötürmək istədiyi bir toplum, bir qurumdur. Hədəf kütləsinin düzgün araşdırılması, onun satınalma keyfiyyətlərinin, satın alma davranışlarının, onun xüsusiyyətlərinin, şəxsi keyfiyyətlərinin araşdırılması nəticədə məhsulun düzgün satışına təsir edə biləcək ən böyük amillərdən biridir. Hədəf kütləsi necə seçilir? Ümumiyyətlə, sahibkar məhsul yaradarkən hədəf kütləsi haqqında müəyyən anlayışa sahib olur. Lakin, bu anlayış bir qədər kobud formada olur. Sahibkarla reklam agentlərinin münasibəti zamanı  agentliklər bu kobud formanı daha uyğun formaya gətirirlər. Bu prosesdə də əsas iş araşdırma şirkətlərinin üzərinə düşür. Araşdırma şirkətləri bu kütləni, əhalini, hədəf qruplarını seqmentlərə bölür. Bu seqmentlər müxtəlif keyfiyyətlərə görə bölünə bilirlər. Məsələn, demoqrafik göstəricilərinə görə, satınalma qabiliyyətlərinə görə və s. müxtəlif xüsusiyyətlərinə görə bölünə bilirlər. Araşdırma şirkətləri bu  seqmentləşdirmədən sonra hədəf kütləsini müəyyən edirlər. Sonda isə hədəf kütləsinin müəyyən edilməsi reklam işlərinin, bütün mesajların  bu kütlə üzərində qurulması ilə nəticələnir. 

Etiketlər :