Qaynata gəlin münasibətləri

Qaynatanın gəlinə münasibəti necə olmalıdır?

1264 izlənmə

Paylaş

 

14

Hüseyn Xəlilov

Psixologiya

Paylaşılma tarixi

22 aprel 2014 10:47

Qaynatanın gəlininə münasibəti öz övladı kimi olmalıdır. Ümumiyyətlə, atalar qız övladlarına qarşı ayrı bir xüsusiyyət daşıyırlar. Onlara qarşı nəzakətli olur, çox qəlblərini qırmamağa çalışır, əmr və göstəriş verdikdə belə kobud davranmamağa çalışırlar. Qaynata olduqları zaman artıq qaynatalar gəlinin yanında narahat olurlar. Araşdırma aparsaq, görəririk ki, qaynata ailədə gəlinin çox yüklənməsinin, əziyyət çəkməsinin tərəfdarı deyil, çalışar ki, evdə kimsə ona kömək etsin. Gəlin qaynata münasibətində gəlin əlbəttə ki, qaynatasını doğma atası gözündə görməlidir. Bu, gəlinin mənəvi borcudur. Qaynata gəlinlə dialoqu gəlini ailə içərisində narahat gördükdə qurar. Qaynatalar çox vaxt bunu hiss etməzlər. Amma, ailənin abu-havasından bunu hiss edər və gəlinlə dialoq qurmağa çalışar. Gəlinə söz haqqı verməyə, onu danışdırıb fikirlərini öyrənməyə çalışar. Bəzi ailələrdə isə, qaynata gəlinlə münasibətdə olduğu zaman çox qısa və az söhbət edər, onun halına yanmaq, sıxıntılarını paylaşmaq çox nadir hallarda ola bilir. Bəzi ailələrdə isə, qaynata dilə gətirməsə belə, gəlini üçün çox narahat olur və hərəkət-davranışlarında gəlinə qarşı çox nəzakətli, dəqiq və mehriban olması müşahidə olunur. 

Etiketlər :