Ailə və onun əhəmiyyəti

Ailə nədir?

1643 izlənmə

Paylaş

 

17

Paylaşılma tarixi

06 may 2014 12:06

Ailə sosial bir inistutdur. Ailə institutuna üzv olmaq heç kimin əlində deyil. Ailə qədim tarixə malikdir və bu tarix institutu zaman keçdikcə cəmiyyət kimi dəyişikliyə məruz qalmışdır. Hər şeyin sürətlə dəyişikliyə məruz qaldığı 21-ci əsrdə ailə də sürətlə dəyişir. Klassik ailənin modern ailəyə keçdiyi bir dövrdəyik. Bununla yanaşı, monogan, poligan kimi ailələr də mövcuddur. Ailə kiçik bir dövlət, dövlət isə böyük bir ailədir. Bu cümlə belə ailəyə müəyyən məsuliyyətlər yükləyir. Kiçik bir dövlət olan ailədə müəyyən idarəetmə, ailə rəisinin olması və hər bir ailə üzvünün üzərinə müəyyən vəzifələr düşməkdədir. Ailə cəmiyyətin bir modelidir. Bu, o deməkdir ki, aildə baş verən kiçik sarsılmalar cəmiyyətidə kökündən parçalayar. Hər bir dövlət ideal cəmiyyət qurmaq arzusundadır. İdeal cəmiyyətin yolu isə ideal fərdlərdən keçər və ideal fərdlər ideal ailələrdə yetişər. Bu isə, ailə institutunun nə qədər əhəmiyyətli olmasından xəbər verir. Ailə əsasını bu və ya digər şəkildə müəyyən olunmuş kişi və qadın ittifaqıdır. Ailəyə müəyyən təriflər verilmişdir. Amma, zaman keçdikcə ailə institutun müəyyən dəyişikliklərə uğraması onun haqqındakı fikirlərin də dəyişilməsinə səbəb olmuşdur. Ailə tərifini belə verə bilərik. Ailə-bioloji nəslin davam etdiyi, sosiallaşmanın ilk başladığı, müəyyən qarşılıqlı əlaqələrin mövcud olduğu, bioloji, psixoloji, iqtisadi, hüquqi və bir çox cəhətlərin mövcud olduğu, valideyn və uşaqlardan təşkil olunmuş qurumdur. Ailənin mahiyyəti onun quruluşunda, formasında, ailə üzvlərini qarşılıqlı əlaqəsində və onların funksiyalarında ifadə olunur. Bundan başqa, ailənin funksiyaları da vardır. Nəsil artırma, tərbiyəetmə və ailə fərdlərinin cinsəl davranışlarını əhatə edən funksiyalar daxildir. 

Etiketlər :