Ailə qurmağın prinsipləri

Ailə qurarkən hansı prinsiplər əsas götürülməlidir?

1813 izlənmə

Paylaş

 

15

Paylaşılma tarixi

06 may 2014 13:25

Ailə sosial inistutdur və bu inistuta üzv olmaq heç kimin əlində deyil. Ailədəki müvəffəqiyyət həyatda qazanılan ilk uğurlardandır. Bu mərhələ isə sağlam evlilikdən başlayır. Amma, burada əsas məsələ ailə həyatı qurarkən necə addım atma məsələsidir.                                                                                           ilk olaraq, ailə quracaq şəxslərin məqsədi olmalıdır. Hədəfi olmadan qurulan ailələrin sonu olmur və belə ailələrdən nə isə gözləmək mümkün deyil. Təməli sağlam olan ailə həyatı qurmağın əsas yolu odur ki, birinci olaraq istəklərin üst-üstə düşmə prinsipidir. Burada düşüncələrinin eyniliyi məsələsi də çox önəmlidir. Ailə quracağın şəxsi yaxından tanımaq çox vacibdir.                                                                                  Ailə quracağın şəxsin mədəniyyəti ilə sənin mədəniyyətinin üst-üstə düşməsi də vacib məsələlərdəndir. Bu məsələdə yüz ölçüb, bir biçmək lazımdır.                                                                          Zahiri görünüş, boy, çəkinin uyğunluğu çox əhəmiyyətli sayılır. Amma, zahiri görünüşdən daha çox daxili aləmə önəm vermək lazımdır. Çox gözəl bir deyim var: Gözələ 40 günə doyular, amma gözəl xasiyyətə 40 ildə doymaq olmaz. Bəs daxili aləmi qısa müddətdə necə müəyyən etmək olar? Bu işdə valideynlərinizin, sizdən böyük olan şəxslərin təcrübələrindən yararlana bilərsiz. Amma, sənin öz fikrin də vacibdir.                                                                                                                                                    Bir hədisdə söylənir ki, qadınlarla 4 xüsusiyyətinə görə evlənə bilərsiz: qadının soyu, var-dövləti, gözəlliyi və əxlaqı. Sən əxlaqlı olanını seç. Digərləri zaman keçdikcə dəyişsə belə, gözəl əxlaq heç vaxt dəyişmir. Müasir 21-ci əsr gəncləri varlı insan gördükdə, çox gözəl qıza(oğlana) rast gəldikdə evlənməyə qərar verirlər. Və bütün bunlar zaman keçdikcə öz mahiyyətini itirir və evlilikdə problemlər yaşanmağa başlayır. Müasir gənclər ideal tərəf müqavili axtarırlar, amma həyatda ideal insan yoxdur. İdeal tərəf müqavili axtaran şəxsin özü görəsən nə qədər idealdır? Ən çox sevdiyimiz qızılgül tikanı ilə sevilir. İdeal insan axtarmaq əvəzinə, müsbət cəhətləri daha çox olan tərəf müqavili axtarmaq daha məqsədə uyğundur. Evlilik 2 fərqli şəxsin uzun müddət səyahətə çıxmasıdır. Bu səyahətə çıxarkən yolun enişli-yoxuşlu olduğunu dərk etmək önəmlidir. Burada əsas olan tərəflərin bir-birini tamamlamasıdır.                                                                                                                         Evlilik 2 hissədən ibarətdir. Hissi və məntiqi. Ailə həyatı qurarkən hissiyyata önəm vermək aldadıcıdır. Hissi məqam evliliyin  ən gec 1 ilinə qədər davam edir. daha sonra məntiqi dönəm başlayır. Məntiqi dönəm başlayanda artıq tərəflər evlilikdə atdıqları səhv addımları görməyə başlayırlar.  Amma, sonrakı peşmançılıq fayda vermir. İndiki dövrdə boşanmalar ən çox ilk 2 ildə qurulan evliliklərə təsadüf edir. Ona görə də evlənərkən böyüklərin fikir və təcrübələrinə müraciət edəcək, amma sonda bu fikirləri analiz edərək ən son qərarı özün verəcəksən.

Etiketlər :