Fədakarlıq

Fədakarlıq nədir?

1583 izlənmə

Paylaş

 

27

Hüseyn Xəlilov

Psixologiya

Paylaşılma tarixi

17 may 2014 07:46

Fədakarlıq insan üçün mənəvi cəhətdən çox vacib məsələdir. Fədakarlıq göstərmək insanın mənəvi dəyərlərindən biridir. Ailədə istər ər, istərsədə arvad tərəfindən fədakarlıq olunması çox gözəl şeydir. Ailədə olan hər bir problemlərə, maddi və mənəvi sıxıntılara sinə gərə bilmək çox gözəl fədakarlıq amilidir. Fədakarlıq ailəni bütöv saxlaya biləcək bir amildir. Əgər ailədə tərəflər arasında konfliktlər yaranıbsa, tərəflərdən biri fədakarlıq etməyi bacarmalıdır. Bunu səbrli olaraq, empati (özünü başqalarının yerinə qoymaq) edərək bacarmaq mümkündür. Ailədə əsas fədakarlıq qadının üzərinə düşür. Bəzən ailədə konfliktlər olsada və ya həyat yoldaşının işlə əlaqədar başına gələ biləcək fəlakətlər nəticəsində qadının fədakarlıq göstərərək bu problemlərə dözməsi fədakarlıqdır. Fədakarlıq odur ki, qadın bu vəziyyətdə həyat yoldaşını atıb getmir. Fədakarlıq nişanlılıq dövründə də ola bilər. Onlar bir-birinə o qədər bağlıdırlar ki, düşünürlər ki, bir-birləri üçün yaradılıblar. Amma evlənməyə 1 həftə qalmış oğlan qəzaya düşür və çox böyük fəsad alır, ya gözləri tutulur və ya hər hansı bədən üzvü fəaliyyətini itirir. Bu zaman qızın oğlanı atmayaraq ona dayaq olması fədakarlıqdır. Ətrafdakı insanların qıza göstərdiyi təzyiqə baxmayaraq, oğlanı atmaması böyüklükdür. Ailələr bu kimi insanların göstərdikləri fədakarlıqdan nümunə götürməlidirlər. Fədakarlıq fikri kiminsə xoşuna gəlinsin deyə edilməməlidir. Qarşı tərəf bunu bəyənilmək üçün etdiyinizi deyil, səmimi qəlbdən etdiyinizi, istəyərək fədakarlıq etdiyinizi fikirləşməlidir. Belə bir fədakarlığın isə Allah (c.c) qatında çox böyük savabı vardır.

Etiketlər :