Nişanlılıq dövründə münasibətlər

Nişanlı olmaq nə deməkdir?

1898 izlənmə

Paylaş

 

14

Hüseyn Xəlilov

Psixologiya

Paylaşılma tarixi

20 may 2014 15:06

Nişanlılıq hər iki tərəfin daha məsuliyyətli, daha ciddi, daha da mənəvi olmalarına imkan verir. Nişanlılıq dövrü hər iki tərəfin bir-birini daha yaxşı tanıması üçün gözəl məqamdır. Bu zaman hər iki tərəf bir-birlərinin hərəkətlərində sevgiyə, bir-birini başa düşməyə, bir-birini daha yaxşı tanımağa imkan verən zamandır. Nişanlılıq dövründə gənclər öz duyğu və düşüncələrini, arzu və istəklərini bir-birlərinə söyləyirlər. Bu zaman mənfi və ya müsbət məqamlar ortaya çıxa bilir. Mənfi məqam odur ki, istər-istəməz qız bu zaman nişanlısını daha yaxından tanıyır, qısqanclıqlar ortaya çıxa bilir, bu zamandan etibarən məsuliyyəti dərk etməyə başlayır. Bəzən tərəflərdə məsuliyyətsizlik olduqda yalan danışmalar meydana çıxır. Nişanlılıq dövrünün mənfi halı odur ki, nişanlılar bir-birini yaxşı tanımış kimi görünsələrdə, amma bəzi psixoloji cəhətlərini hələ aşkar edə bilməyiblər. Nişanlılıq dövrünün əsas rolu odur ki, tərəflər bir-birini daha yaxşı kəşf etsin, bir-birlərini yaxşı tanıya bilsinlər. Bu zaman bir-birlərini tanımağa tələsməsinlər. Bəzən nişanlılıq dövründə tərəflər bir-birlərindən gözlədiklərini görə bilmir və "xəyal qırıqlığı"na düşürlər. "Məsuliyyətsizdi, mənə qarşı çox soyuqqanlıdı, onun başlıca məqsədi məni əldə etmək-nişanlanmaq idi,  məqsədinə çatandan sonra əvvəlki adam deyil. Nişanlanmadan əvvəl tamam fərqli idi, indisə tamam dəyişib. Nişanlanandan sonra tamam dəyişib, diqqəti azalıb, yalan danışmağa başlayıb, boş-boş vədlər verməyə başladı" kimi sözlər mənfi məqamları ortaya çıxarır və nişanlılıqda çox vacib sayılan məsələlərdəndi. 

Etiketlər :