Qürur və vüqar

Qürur nədir və hansı zərərləri var

1713 izlənmə

Paylaş

 

15

Hüseyn Xəlilov

Psixologiya

Paylaşılma tarixi

20 may 2014 15:43

Qürur insanı ehtiva edən amilərdən biridir. Qürur insanda bilinən bir xüsusiyyətdir. Bu qürurun insanda olması lazımlıdır, amma qüruru eqoizmə çevirməmək lazımdır. İnsanın qüruru, iradəsi və vüqarı olmalıdır. Amma bu o demək deyil ki, onun qüruru var, qüruruna sığışdırmır və evdə söz götürmür, hadisələrə səbirlə yanaşmır. Qüruruna görə evdə ciddi fəsadlar yaranır, qürura görə ailələr dağılır, ana övladını götürüb evdən çıxır. Qürura görə evdə qaynana-gəlin və ya ana-övlad arasındakı münasibətlər pozulur. Qürur elə bir şeydir ki, şxs fikirləşməlidir ki, etdiyim hərəkətə diqqət edim, bu mənim şəxsiyyətimə sığışmayan bir şeydir, bir söz deyir və hərəkət edirəmsə, ətrafımdakı insanları üzürəmsə, qüruruma görə insanlar məndən uzaq dururlarsa, demək qüruruma diqqət etməliyəm ki, bu doğru hal deyil. Və ya ailəm borca düşüb, ailədə xəstəlik baş verib, işdən atılmışamsa yeri gəldikdə gedib daş daşıyıb pul qazanmalıyam, ən çətin işlərə belə özümü atmalıyam. Amma, "mən bunu edə bilmərəm, qürurum buna yol vermir" deyirsə, bu doğru hal deyil, bu eqoizmdir, özünü sevmək deməkdir, özünü yüksəklərdə tutmaq deməkdir. "Mənə nə deyərlər?" anlayışına düşülməməlidir. İnsan ailəsi üçün hər bir şeyə dözməli və bunu qüruruna sığışdırmalıdır. 

Etiketlər :