Yeniyetmə şəxsiyətinin formalaşması

Yeniyetmələrdə şəxsiyyət necə formalaşır?

1099 izlənmə

Paylaş

 

15

Vəfa Əkbər

Psixoloq-psixoterapevt

Paylaşılma tarixi

22 may 2014 15:52

Ümumiyyətlə, istər yeniyetmələrdə, istər gənclərdə, istərsədə uşaqlarda şəxsiyyətin formalaşması üçün kompleks şəkildə iş aparılmalıdır. Kompleks şəkildə iş nə deməkdir? İlk olaraq uşağın göz açdığı ocaq ailə inistutu olur və ailənin nə dərəcədə sağlam olması gələcəkdə sağlam şəxsiyyətin formalaşması deməkdir. yeniyetmələr nə gəncdir, nə də uşaq. Bu keçid dövrüdür və bu dövrü hər bir kəs keçir. Bu dövrdə nəyinsə onların diqqətini çəkməsi onların gələcəkdə o istiqamətə doğru yönələ biləcəyi deməkdir. Əgər hər hansı bir marağı və ya xobbisi varsa və bunu gələcəkdə özünə sənət olaraq seçəcəksə, bunun sağlam olub-olmaması və həyata keçirə bilməsi ətrafda olan müdaxilələrdən çox asılıdır. Ətrafdan deyilən sözlər, diqtə edilən sənətlər onlara mənfi təsir edir. Hər bir məktəbi qurtaran şagird ixtisas seçimi etməlidir və bu zaman geri baxıb öz qabiliyyətlərini nəzərdən keçirir. Əgər ailədə uşağa göz boyaması üçün sən qabiliyyətlisən, səndə hər şey yaxşı olacaq deyiriksə, amma nəticədə heç bir qabiliyyət yoxdursa, bu zaman yalançı bir şəxsiyyət yetişdirmiş oluruq. Şəxsiyyət formalaşması çox məsuliyyətli və çətin bir işdir. Çünki, bu zaman düzgün qurulmuş və yanlış qurulmuş strategiya vardır. Bu dediyim hal isə yanlış strukturdur. Yanlış fikirlər, yanlış rəftar və diqqət bu uşaqda yanlış seçim etməsinə səbəb olur ki, bu şəxs gələcəkdə bu seçimlə özünü doğru büruzə verə bilməməsi kimi fəsadlar yaradır ki, bu fəsadlar gələcəyə çox böyük izlər qoyur. Bu seçimlər bəzən həmin şəxsə travmalar yaşadır. Əgər biz doğru yanaşmadan,diqtə etmədən seçimin sağlam olub-olmamasını demək, müdaxilə etmədən sadəcə olaraq kənardan müşahidə etməmiz, seçimi onun ixtiyarına buraxmamız daha sağlam şəxsiyyətin formalaşmasına gətirib çıxara bilər. O, öz biliyini, öz qabiliyyətini daha yaxşı bilir və hətta ən kiçik bir sənətdən tutsa belə, onu böyütmə əminliyi varsa ona müdaxilə etmə yox, dəstək olmaq kifayət edər. Şəxsiyyətin formalaşması tək sənət seçimindən asılı deyil. Bu onun fikirlərinin istər ailə, istər cəmiyyət tərəfindən necə qəbul edilməsindən də asılıdır. Onun nə dərəcədə dinlənməsi, öz fikrini necə izah edə bilməsi, ona imkan yaradılması, birinci və ikinci dəfə olmasa belə, üçüncü dəfədə uğur əldə edə bilməsi və bu zaman ona dəstək olunması, onun istəklərini daim əks olaraq deyil, real mənfi və müsbət tərəflərini aşkara çıxarmağa kömək edilməsi zamanlarında yeniyetmədə "mən" konsepsiyası sağlam formalaşır, həm eqoizm olmayacaq, həm özünə inam məsələsi aşağı olmayacaq və sağlam şəxsiyyətin formalaşması olacaqdır. Əgər böhran dövründə kəskin müdaxilələr və diqtələr varsa yaxşı olar ki, mütəxəssisə müraciət olunsun. Bu dövrdə psixoloq yanaşması və məsləhəti olduqca vacib və lazımlıdır. 

Etiketlər :