Ailənin böhran dövrləri, boşanma və onun səbəbləri

Ailənin ilkin böhran dövünün səbəbləri nədir?

1144 izlənmə

Paylaş

 

14

Təhminə Çələbi

Psixoloq-psixoterapevt

Paylaşılma tarixi

28 may 2014 13:35

Hər bir ailə qurmağa çalışan gənclər  bilməlidir ki, onları gözləyən gözəl günlərlə yanaşı  ailənin özünəməxsus böhran dövrləri  vardır. Onların hər biri bu böhran dövrlərdən xəbərdar olsalar  buna hazırlıqlı olub, bu böhran dövrlərini uğurla keçə bilərlər. Ailənin ilkin böhran dövrü iki fərqli mühittə böyümüş iki insanın bir-birilə eyni evdə yaşamasıdır. Bu zaman adaptasiya dövrü baş verir. Bu dövr hər bir insanda eyni getmir. Elə insan var ki, onlarda adaptasiya qısa müddətli gedir, elə insan var ki, uzun müddətli gedir. Adaptasiya dövrü nə qədər uzanırsa ailədə stress bir o qədər artmağa başlayır. İlkin 3 aydan sonra 1 ilə qədər bal ayı bitdikdən sonra onlarda bir-birini məişətdə tanımaq mərhələsi başlayır. Nişanlılıq dövründə onlar bir-birlərinə ən yaxşı tərəflərini göstərdikləri halda, məişətdə bir-birini tanımağa başlayanda onlara elə gəlir ki, bir-birlərinin gözündən düşməyə başlayırlar. Lakin buna olduqca normal yanaşmaq lazımdır. Bu dövrün ən böyük adaptasiya dövrü iki ayrı mühitdə yaşayan insanların bir arada yaşamağa başlamasıdır. Bu zaman hər kəs öz eqosunu ön plana çəkməyə çalışır, hər kəs özünü ispat etməyə çalışır, çünki düşünürlər ki, ailəni necə qursan axıra qədər elə gedəcək. Bu zaman ilkin konfliktlər yaranmağa başlayır. Bu zaman edilən əsas məsləhət odur ki, qadının hamiləlik dövrü adaptasiya dövrü ilə üst-üstə düşməsin. Çünki böyük stresslər keçirən qadının normal uşaq dünyaya gətirmə ehtimalı bir qədər azalır. Adaptasiya dövrü gənclərə görə dəyişir. Amma ortalama olaraq 1-3 il arası götürülür. Adaptasiya dövrünü uğurla keçdikdən sonra uşaq haqqında düşünməyə dəyər. 

Etiketlər :