Yeniyetməlik dövründə böhran problemi

Yeniyetməlik dövrü böhranı nədir?

1439 izlənmə

Paylaş

 

4

Vəfa Əkbər

Psixoloq-psixoterapevt

Paylaşılma tarixi

29 may 2014 15:56

Yeniyetməlik dövrü dedikdə keçid dövrünü nəzərdə tuturuq. Bu keçid dövrü nə gəncliyə aiddir, nə də uşaqlığa. İki dövrün arasında yeniyetməlik mərhələsi özünü göstərir. Bu mərhələdə böhran baş verir və bu nə deməkdir? Yeniyetməlik dövründə müəyyən fizioloji, psixoloji, bioloji dəyişikliklər baş verir ki, bu da yan təsirlərsiz keçmir. Bu da yeniyetmələrdə müəyyən psixoloji təsirlər şəklində özünü göstərir ki, bu zaman onları dəliqanlı və çılğın qəbul edirik. Böhran seçilmiş, bu dövrə addımlamış uşaqların artıq uşaq olmamasıdır. Bəzən bu şəxsləri gənclər sırasına daxil edirlər. Keçid dövründə yeniyetmələrdə müəyyən maraqlar formalaşır, özləri ilə əlaqəli kompleksləri başlayır. Bu zaman həm də bioloji dəyişikliklər baş verir. Bu zaman alın nahiyəsində hüceyrələrin artması, qırışların artması bu uşaqlarda gərginlik yaradır. Uşaqların maraqları, diqqətləri formalaşır, özləri üçün hobbi seçirlər, özlərinə ideal şəxslər seçirlər. Danışıq temprlərində müəyyən dəyişikliklər baş verir. Sinir sistemi aşıq olan uşaqlar yeniyetməlik dövründə çox əsəbi və gərgin olurlar. Böhran dövrü bu yeniyetmələrin nə dərəcədə formalaşdığını və nə dərəcədə gərgin olduqlarını əks etdirir. Böhran bu uşaqların heç kim tərəfindən qəbul edilməməsidir. Onlar ya tam olaraq özlərini dünyanın mərkəzində hesab edirlər, özlərini dünyanın mərkəzində, dünyanın isə onların ətrafında döndüyünü fikirləşirlər. Bəzən isə özlərinə qapanırlar, əminlik hissləri aşağı düşür. Bu isə səbəbsiz deyil. Ətrafdan olan müdaxilələr və ailənin təzyiqi və uşağın özündə formalaşan xarakterlə əlaqədar özünə qapanmalar baş verə bilir. Böhran dövrü qızlarda 11-12 yaşlardan, oğlanlarda isə 12-13 yaşdan başlayır. Bu dövr 16 yaşa qədər və daha çox davam edə bilər. Bu dövr çox diqqətli şəkildə keçirilməlidir. Eyni zamanda bu uşaqlar özləri öz üzərlərində çalışmalıdırlar ki, bu böhran dövrünü sağlam və doğru şəkildə keçə bilsinlər. 

Etiketlər :