Şizofreniya

Şizofreniya nədir?

2020 izlənmə

Paylaş

 

16

Təhminə Çələbi

Psixoloq-psixoterapevt

Paylaşılma tarixi

04 iyun 2014 17:28

Şizofreniyanın hərfi tərcüməsi əslində şüurun parçalanması deməkdir. Yəni bu psixoloji, xroniki bir xəstəlikdir. Hansı ki, 15-35 yaş arası insanlarda üzə çıxmağa başlayır. 40 yaşdan yuxarı demək olar ki, bu xəstəliyə çox az rast gəlinir. Bu xəstəlik insan həyatında yaranıb, yox olub və təzədən gələ bilər. Yəni xroniki olaraq daim davam edir. Şizofreniya xəstəliyindən əziyyət çəkən insanların çoxunda müəyyən halüsinasiyalar baş verir ki, bu da onların yaşayışına mane olur və onlar öz sosial həyatlarını demək olar ki, yaşaya bilmirlər. Bəzən evə qapanırlar və evdən bayıra çıxmaq istəmirlər. Şizofreniya xəstəliyi zamanı insanın gözünə olmayan varlıqlar görünür. Bəzən onlarla danışırlar. Bəzən müəyyən iy hiss edirlər. Bəzən onlara kiminsə toxunduğunu iddia edirlər. Demək olar ki, şizofren insanların özlərinə məxsus dünyaları olur. Onların dünyasını qəbul etməyən insanları onlar da qəbul etməməyə başlayır və bəzən olduqca aqressiya göstərə bilirlər. Bəzən isə normal həyatda onları digər insanlardan seçmək mümkün olmur. Onlar bunu çox gözəl ustalıqla gizlədə bilirlər. Onlarla yaxın münasibət qurulduğu zaman, səmimi olunduğu zaman və öz fikirlərini açıq aydın söylədikləri zaman artıq şizofreniyanın əlamətlərini onlarda görmək olur.

Etiketlər :