Paxıllıq və qibtə

Paxıllıq nədir və hansı zərərləri var?

1790 izlənmə

Paylaş

 

17

Paylaşılma tarixi

10 iyun 2014 12:13

Biz dünyaya gələrkən özümüzlə bir çox xüsusiyyətlər gətiririk. Paxıllıq da bu hisslərdən biridir. paxıllıq hər kəsdə olan bir xüsusiyyətdir. Paxıllıq bir növ bizim özümüzü müdafiə etmə sistemimizdir. Amma paxıllığın dərəcəsi artarsa, bu artıq çətin problemlərin yaranmasına səbəb ola bilər. Paxıllığın tərifini verərsək, paxıllıq-başqasının xöşbəxtliyini, müvəffəqiyyətini,  onun əlində olan varlığı qısqanmaqdır. Bu duyğunun nəticəsindədə insan həm özünə zərər verir, həm də qarşısıdakı insana zərər verir. Qarşıdakı insana necə zərər verə bilər? Bəzən başqasının sahib olduğu şeylərdən oğurluq etməklə, canına qəsd etməklə, o insan haqqında yalan danışmaqla, şər atmaqla zərər verə bilər. Özünə edəcəyi mənfi təsirləri də çoxdur. Əgər mənfi hallar çoxdursa, bu hal onda olan müsbət cəhətləri də götürüb apara bilir. 

Etiketlər :