Peyvənd

Peyvənd nədir və hansı növləri var?

1309 izlənmə

Paylaş

 

14

Hüseyn Məmmədov

Pediatriya

Paylaşılma tarixi

28 iyun 2014 18:09

Orqanizmin ətraf mühitə uyğunlaşması və yaşaması üçün müdafiə faktorları var ki, bu faktorlar  əsasında həyata və ətraf mühitə uyğunlaşaraq yaşamını davam etdirir. Peyvəndlər müxtəlif viruslar, bakteriyalar, parazitlərlə qarşı-qarşıya gəlir və bu zaman özü öz müdafiə sistemini qurur. Bəzi xəstəliklər və infeksiyalar var ki, bu zaman bədən öz müdafiə sistemini qura bilmir və bu, ağır nəticələr verə bilir. Bu hal ilə qarşılaşmamaq üçün eyni virus, bakteriyalardan canlı və ölü növlərindən hazırlanmış bioaktiv vasitələr hazırlanır ki, buna peyvənd deyilir. Peyvəndləmə zəruridir ki, uşaqlarda müdafiə sistemi formalaşsın və bir çox xəstəliklərə qarşı hazırlıqlı olsun. Peyvəndlərin müxtəlif növləri var. Bəzi peyvəndlər canlı orqanizmlərin zəifləşdirilmiş formalarından hazırlanır ki, bunlara vərəm, qızılca, məxmərək peyvəndləridir. Digəri isə mikroorqanizmlərin öldürülməsindən sonra hazırlanan peyvəndlərdir ki, göy öskürək peyvəndi bura aiddir. Bunlara submit peyvəndi deyilir və əsasən son dövrlərdə hazırlanıb vurulur. Bu peyvəndlər də öldürülmüş peyvəndlərdir, amma öldürüldükdən sonra parçalanaraq, parçalardan xüsusi peyvəndlər hazırlanır və hepatit b peyvəndi bu şəkildə hazırlanır. Bəzi orqanizmlər isə bədənə daxil olduqdan sonra özləri ölür, öldükdən sonra toksinlər buraxır. Bu toksinlərdən əmələ gələn xəstəliklər daha çox əhəmiyyət kəsb etdiyinə görə, toksinlərə qarşı anatoksinlər hazırlanır ki, tetanus, difteriya kimi peyvəndləri aid edə bilərik. 

Etiketlər :