Uşaqlarda əqli gerilik

Uşaqlarda əqli gerilik nədir?

2216 izlənmə

Paylaş

 

19

Uzman Dr. Azad Asəfov

Uşaq psixiatrı

Paylaşılma tarixi

10 iyul 2014 10:04

uşaqlarda əqli gerilik həkim tərəfindən müayinə edildiyi zaman zehni inkişafda problemlər kimi dəyərləndirilir. Nə deməkdir zehni inkişaf problemi? 2 yaşlı uşağın zəkası heç vaxt 10 yaşlı uşağın zəkası kimi ola bilməz. 5 yaşına qədər uşağın bildiyi rəngləri, fiqurları 10 yaşlı uşaq bilirsə, artıq burada zehni inkişafdan bəhz etmək olar. Bu zaman uşaqlarda lazım olan zehni inkişaf istənilən səviyyədə getməmişdir.  1 yaşlı uşaq ata, ana kimi ilk sözlərini deyə bilir. Amma 5 yaşlı uşaq bunları yeni deməyə başlayırsa, zehni inkişafın zəif getdiyi ortaya çıxır. Yetişkin yaşına çatdığı halda, o yaşına uyğun yetişməyən şəxslərə artıq əqli gerilik diaqnozu qoyulur. Amma uşaq vaxtı bu hadisəyə xronoloji hadisə kimi dəyərləndiririk. Hər zaman əqli gerilik və ya zehni inkişafı dəyərləndirən zaman xronoloji ardıcıllığı dəyərləndirmək lazımdır. Əqli geriliyin səbəbləri anadan gəlmə, genetik, sonradan əmələgəlmə kimi tiplərə bölünür. Uşağın zehni inkişafına mane olan səbələr tez bir zamanda tapılaraq müalicə edilməlidir. Məsələn, müalicə oluna bilən metabolizmatik xəstəliklər, hipertirodiya-uşaqlarda tiroid hormonunun azlığı kimi xəstəliklərə tez bir zamanda diaqnoz qoyulub müalicə oluna bilər. Uşaqlarda zehni inkişafda problemlər varsa, bunu yarada biləcək və müalicə oluna biləcək səbəblər tez tapılıb aradan qaldırılması məqsədə uyğundur.  

Etiketlər :