Uşaq depresiyası

Uşaq depressiyası nədir?

809 izlənmə

Paylaş

 

14

Uzman Dr. Azad Asəfov

Uşaq psixiatrı

Paylaşılma tarixi

11 iyul 2014 09:29

Ilk növbədə depressiyanın nə olduğunu başa düşmək üçün bu suala cavab tapmaq lazımdır. Depressiya-hər hansı bir yaş dövründə, həyatın hər hansı bir anında qarşılaşılan ruh düşkünlüyüdür. Bundan əlavə, bir çox psixosematik simptomları olan və insanın həyatına ciddi mənada fəsadlar gətirən bir hadisədir. Depressiyada insan özünü bədbəxt hiss edə bilər.  Beynəlxalq qəbul edilmiş  9 simptomdan 5-i müşahidə edilərsə və ən azı iki həftə boyunca davam edirsə depressiya mövcuddur. Hər hansı bir insan pis xəbər eşitdiyi zaman emosianal gərginliyi yaşaması normal bir haldır. Amma bunun xroniki hal almasını depressiya adlandırırıq. Ağırlığına görə depressiyalar normal və şiddətli depressiyaya ayrılır.  Uşaqlıq yaşlarında baş verə biləcək bütün hadisələr depressiyanın təməlini qoyur və böyük yaşlarda qarşılaşılan bütün psixoloji problemlərin kökündə uşaq yaşlarında yaşadığı problemlərin dayandığı elm tərəfindən müəyyənləşdirilmişdir. Uşaq depressiyası böyeklərin depressiyasından fərqlənir. Yetişkinlərdə görülən həyatdan bezmə, bir kənara çəkilmə uşaqlarda eyni şəkildə özünü büruzə vermir. Məktəbəqədər yaş dövrlərində olan uşaqların istəklərində qərarsızlıq,  huzursuzluq vermək, gərginlik, tez əsəbiləşmək kimi hallar çox görüldüyü halda,  məktəb yaşlı uşaqlarda bu hal dərslərində ani zəifləmə, öz yaşıdları ilə münasibətlərində çəkinmə, oyunlardan uzaq durma kimi büruzə verir. Yeniyetmələrin depressiyon simptomları yetişkinlərdən demək olar ki, fərqlənmir

Etiketlər :