Diş ağardılması

Diş ağardılması üsulları nələrdir?

959 izlənmə

Paylaş

 

15

Ceyhun Ayvazov

Stomatologiya

Paylaşılma tarixi

24 iyul 2014 13:00

Diş ağardılması günümüzdə pasientlər tərəfindən müraciət olunan əsas problemlərdən biridir. Bildiyimiz kimi, dişlərimiz spirtli içkilərdən, qidalardan və yaş faktorundan asılı olaraq rəngini dəyişə bilir. Bu zaman pasientlərin istəyinə uyğun olaraq dişlərinin rəngini öz rəngindən daha açıq vəziyyətə gətirmək mümkündür. Bunun əsas iki üsulu vardır. pasientlərin dişlərinin ev şəraitində və klinik şəraitdə ağardılması üsuludur. Ev şəraitində ağardılma zamanı pasientlərin dişlərindən ölçü götürülür və xüsusi qəliblər hazırlanır. Bu qəliblər pasientə verilir və pasientlər bu geldən ev şəraitində istifadə edərək ağızda gün ərzində 7-8 dəfə saxlamaqla aparılır. İkinci isə klinik şəraitdə aparılan ağardılmadır. 3 növü vardır: kimyəvi, fotokimyəvi və fototermal üsullardır. Kimyəvi üsullar zamanı xüsusi gellərdən istifadə olunur. Bu, bəyazlatma zamanı mina qatına zərərli olduğu üçün çox az istifadə edilən üsuldur. Əsas istifadə edilən üsullardan biri fotokimyəvi üsuldur. Bu zaman tək diş gellərindən istifadə edilmir, həm də xüsusi işıq effektlərindən də istifadə edilir. Bu mavi işıqlar diş üzərinə vurulmuş gelləri daha da aktivləşdirir və dişlərin bəyazladılması kimi xüsusiyyətə malikdir. 

Etiketlər :