Diş Fırçası Seçimi

Diş fırçası seçərkən nələrə diqqət yetirməliyik?

820 izlənmə

Paylaş

 

14

Ceyhun Ayvazov

Stomatologiya

Paylaşılma tarixi

28 iyul 2014 08:25

Diş fırçası seçmək ən vacib işlərdən biridir. Fərdi olaraq hər kəsin öz dişi və diş ətinə uyğun olan diş fırçası seçilməlidir. Bu daha çox mütəxəssis həkim tərəfindən məsləhət görülməli və hər kəsin dişinə uyğun seçilməlidir. Düzgün seçilməmiş diş fırçası əslində diş ərpini təmizləmir, dişin üzərində olan mina qatını zədələyir. Diş fırçasını bizim dişimizə uyğun olaraq yumşaq, orta və sərt fırçalar seçilməlidir. Dişlər sıx olarsa xırda tüklü diş fırçalarından istifadə etmək lazımdır. Hərəkətli, diş əti üçün masaj xarakterli diş fırçaları vardır. Diş fırçası fərdi olaraq seçilməlidir. Ağızda diş daşı çoxdursa və yumşaq fırçadan istifadə edəriksə, bunun heç bir faydası olmaz. Diş təmizlənməz və dişin üzərində zamanla toplanan ərp dişlərin kontakt hissəsinə yığılar  və rənglənmə əmələ gətirər. Daha sonra diş əti çəkilmələrinə səbəb olar. Diş fırçalarının özəllikləri bununla qurtarmır. Diş fırçalarının uc hissələri dişin mina hissəsinə toxunduğu üçün fırşanın uc hissələri daha keyfiyyətli hazırlanmalıdır. Keyfiyyətsiz olduğu zaman dişin üzərində cızıqlar əmələ gəlir və gələcəkdə minanın keyfiyyətini aşağı salır. 

Etiketlər :