Ağız və Diş Sağlamlığı

Ağız qoxusunun qarşısını necə almaq olar?

1991 izlənmə

Paylaş

 

15

Mərahim Əkbərov

Stomatologiya

Paylaşılma tarixi

28 iyul 2014 10:31

Ağız qoxusunun iki yaranma səbəbi vardir. İlk növbədə mədə ilə əlaqəli problemlər və ağız boşluğunun diş əti və ağız boşluğunda əmələ gələn qoxular.  Mədə ilə əlaqəli problemlərdə qastroenteroloqa müraciət etmək lazımdır.  Mən isə ağız boşluğunda yaranan qoxulardan danışacağam.  Bunun üçün ediləcək ən sadə iş diş fırçalamaqdır.  Hər gun yeməkdən 45 dəqiqə sonar dişlər fırçalanmalıdır.  Əgər fırçalamadan sonrada ağızda qoxu yaranırsa bu zaman ağızda karies dediyimiz boşluq əmələ gəlib və oraya yemək artıqları girərək qoxuya səbəb olur və ya diş ətrafıda diş daşı dediyimiz ərp yaranıb ki, hansı ki diş fırçası ilə uzaqlaşdırmaq bir qədər çətin olduğu üçün qoxu əmələ gəlir. Pasientlər həkimə müraciət etdikləri zaman bu hal peşəkar şəkildə təmizlənir və problem aradan qalxmış olur. Diş fırçalamaqdan əlavə ən az gündə bir dəfə diş sapından istifadə edilməsi və ara sərt fırçaları istifadə edilməlidir. Ara sərt fırçaları dişlərdə qapaq olduğu zaman dişlərin altında qalan boş sahələri təmzləməkdə bizə kömək edir.  Bunlardan əlavə ağız qulluğu üçün gellərdən istifadə etmək olar.  Xüsusi fırçaların üzərinə bu gellərdən sürtərək dişlərimizi təmizləyə bilərik. Dinimizdə misvaq dediyimiz üzərinə incə çubuqlardan olan vasitə ilə dişlərimizi təmizləyə bilərik. Misvaq ağız qoxusunun qarşısını almaqda ən əsas vasitələrdən biridir. 

Etiketlər :