Domain

Domain (domen) nədir?

1613 izlənmə

Paylaş

 

17

Vahid Qasımov

Internet üzrə mütəxəsis

Paylaşılma tarixi

23 avgust 2014 09:25

Domain internet mühitində yerləşdirilmiş hər hansı bir resursun qısa formada təsvirində istifadə olunur. Bunu belə təsvir edə bilərik ki, internetin hər hansı bir səhifəsidə yerləşdirilmiş veb resursunu tapmaq üçün biz mütləq onun İP ünvanını bilməliyik. İnternetə bağlı olan hər bir kompüterin İP ünvanı mövcuddur. Bunu telefon şəbəkəsinə bənzədə bilərik. Necə ki, mobil telefon şəbəkəsinə bağlı olan mobil qurğusunun hökmən bir nömrəsi vardır, eləcədə hər bir server, hər bir kompüter şəbəkəyə bağlıdırsa  onun bir İP nömrəsi vardır. Amma hər hansı bir abonentə zəng vurmaq üçün biz onun nömrəsini yaddaşda saxlamırıq. Belə ki, bizim telefonda ünvan dəftərçəsi var və biz orada abonentin adını da yazmış oluruq. Biz adla tapıb, istədiyimiz adama zəng vura bilərik. Həmin qaydada domain adıda serverin İP-nə bağlı olan bir addır və həmin ada müraciət etdiyimiz zaman serverə qoşulur və sayta, veb resursa aid olan fayllar görsənir.  Browzerin ünvan sətirində domain adı yazıldığı zaman bizə lazım olan saytı çağırmış oluruq.

Etiketlər :