Uşaqlarda Diş Problemləri

Uşaqlarda profilaktik müalicə tədbirləri hansılardır?

685 izlənmə

Paylaş

 

14

Şahrux Hatəmi

Stomatologiya

Paylaşılma tarixi

12 sentyabr 2014 10:24

Uşaqlarda qoruyucu müalicə tədbirləri çox vacibdir. Bütün ana-ataların buna çox diqqət etmələri lazımdır. Bəzən uşağın və ata-ananın xəbəri olmadan diş çürüməyə başlayır və dişdə kariyes əmələ gəlir. Bunun qarşısını almaq üçün bir çox qoruyucu müalicə tədbirləri vardır və diş həkimi tərəfindən edilməsi lazımdır. Bunlardan biri fissure-sealants adlanan müalicə yoludur. Bu müalicə 6 yaş dişi çıxdıqdan sonra dişdə olan girintili-çıxıntılı yerlərə yemək artıqları girir və uşaq həmin nahiyəni təmizləyə bilmədiyi üçün gizli kariyeslər yaranır. Bunun qarşısını almaq üçün onun üzərinə fissure adlanan önləyici maddə yerləşdiririk və işıqla sərtləşdiririk. Bu maddə uşaq böyüdükcə zamanla düşür. İkinci qoruyucu tədbir flor tədbiq etməkdir. Uşaqlara flor etmək lazımdır ki, hər bir kəs qorunsun. Flor nədir? Flor dişin çürüməsini azaldır. Bir çox üsulları vardır. Bir çox ölkələrdə flor  məktəb sularının tərkibinə vurulur. Bəzən həkim tərəfindən uyqulanır. Amma ən vacibi həkim tərəfindən tətbiq edilənidir.  Flor tətbiqi əsasən qaşıq vasitəsilə aparılır və uşağın dişinə alt və üst çənə arasına yerləşdirilir. 4 dəqiqə sonra çıxardılmalıdır və bu zaman uşaqlara onu udmamasını məsləhət görürük. Flor tətbiqinin hər 6 aydan bir təkrarlanması lazımdır. 

Etiketlər :