Diş Daşı (Tartar)

Diş daşının əmələ gəlmə səbəbləri nələrdir?

644 izlənmə

Paylaş

 

0

Şahrux Hatəmi

Stomatologiya

Paylaşılma tarixi

16 sentyabr 2014 11:31

Diş daşının necə əmələ gəldiyini bilmək üçün diş daşının nə olduğunu bilmək lazımdır. Diş daşı diş ilə diş əti arasında və ya diş ətinin altında, diş və diş protezlərinin üzərində kirəc şəklində yığılmış kütlədir. Diş daşının supragingival və subgingival növləri vardır. Supragingival diş əti səviyyəsinin üzərində, subgingival diş əti səviyyəsinin altındadır. Diş daşının əmələ gəlməsinə səbəb ağız gigiyenasının təmizliyinə düzgün əməl edilməməsidir. Dişlər düzgün və vaxtında fırçalanmazsa  yemək  artıqları diş arasına girər və orada diş daşının əmələ gəlməsinə səbəb olar. Diş daşının yaranmasında başlıca amil ağız gigiyenası və diş fırçalama durur. Başqa səbəb isə çarpazik dişlərdir. Çarpazik dişlərdə diş daşı daha surətlə yaranır. Onun qarşısını almaq üçün dişləri əyri olanlarda ortopendik müalicə edilərək dişlər düzəldilməlidir. Bu zaman artıq onlardada ağız gigiyenasına əməl edilərsə diş daşı əmələ gəlməyəcəkdir. 

Etiketlər :